Logo

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçimi başa çatır

28.04.2024 10:58 249 baxış
IMG

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsi yekunlaşır.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən "Tehsil.biz"ə bildirilib ki, vakansiya seçimi üçün elektron sistem aprelin 29-u saat 11:00-dək aktiv olacaq.

Vakansiya seçimində müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi qəbul olunmuş müəllimlər iştirak edə bilərlər.

Xatırladaq ki, aprelin 17-dən 19-dək keçirilmiş vakansiya seçimi mərhələsində 14 nəfər şəhid ailəsinin üzvü olan müəllim iş yerini dəyişdirmək imkanı qazanıb.

Xəbər lenti