Logo

“Avroviziya 2024" müsabiqəsindəki mahnımız - VİDEO

28.04.2024 12:50 190 baxış
IMG

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək Fahree və İlkin Dövlətovun səsləndirdiyi “Özünlə apar” mahnısına çəkilən klip təqdim olunub.

Tehsil.biz xəbər verir ki, bu barədə İctimai Televiziya və Radio Yayımları Şirkətinin mətbuat xidmətindən bildirilib.

Klip yarışmanın rəsmi yutub səhifəsində yerləşdirilib. 

Klip Azərbaycanın tarixi və mədəni irsi olan Qobustanda çəkilib. Klipin rejissoru, ukraynalı Yevgeni Timoxin daha öncə də Azərbaycanda işləyib - o, İctimai Televiziyada yayımlanan “Maska” verilişinin musiqili səhnələrinin quruluşçu rejissoru olub. Qeyd edək ki, Yevgeni Timoxin bu klipin çəkiliş heyətində yeganə xarici peşəkardır. Klipin ərsəyə gəlməsində iştirak edən komanda tam olaraq yerli mütəxəssislərdən ibarətdir.

Xəbər lenti