Logo

İçərişəhərdə “DivanSaatı” layihəsi çərçivəsində Elçin Hami Axundov ilə görüş olub - FOTO

28.04.2024 16:49 217 baxış
IMG

İçərişəhərdə “DivanSaatı” layihəsi çərçivəsində Azərbaycanın tanınmış animasiya rejissoru, Əməkdar mədəniyyət işçisi, əslən içərişəhərli Elçin Hami Axundov ilə “Azərbaycan animasiyasının inkişaf mərhələləri” mövzusunda Elçin Hami Axundovla görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, görüşdə Elçin Hami Axundov animasiyanı yaradarkən layihə üzərində iş, personajların yaradılması, materialların seçimi, kadrlama lövhəsinin yaradılması və cizgi filmlərində səsləndirmə haqda danışıb.

Görüş iştirakçılarına cizgi filmlərinin yaranma prosesi nümayiş etdirilib.

Tədbirdə Elçin Hami Axundovun “Məclis” (1988) və bədii rəhbərlik etdiyi “Cəsur təyyarə” (2009) filmləri izlənilib.

Xəbər lenti