Logo

Yaponiya təhsili ilə bağlı 7 maraqlı məqam

25.08.2021 17:27 941 baxış
IMG

Yaponiya təhsili ilə bağlı 7 maraqlı məqam

1. Bir çox ölkələrindən fərqli olaraq Yaponiyada təhsil ili aprel ayının 1-dən başlayır. Buna səbəb kimi baharın gəlişi və Sakura ağacının çiçəklənməsi göstərilir. Amma pandemiya dövründə bu ənənənin dəyişdirilməsi nəzərdə tutulur.

2. Yaponiyada bağça məcburi məktəbəqədər hazırlıq isə könüllüdür. Buna rəğmən şagirdlərin 99%-i məktəbəqədər hazırlığa gedirlər. Şagirdlər 4-cü sinfin sonuna qədər heç bir imtahan vermirlər, çünki həmin yaş dövründə əsas üstünlük əxlaq, tərbiyə, cəmiyyətə yararlı olmaq kimi mənəvi keyfiyyətlərin aşılanmasına verilir.  

3. Əksər məktəblərdə xadimələrə ehtiyac olmur, çünki məktəb rəhbərliyindən tutmuş şagirdlərəcən hər kəs təmizlik işlərini özləri görürlər. Bu şagirdlərdə həm intizam, həm də ətraf mühitin təmizliyinə həssaslıq yaradır. 

4. İstər dövlət istərsə də özəl məktəblərdə vahid məktəbli forması və vahid yeməklər var. Bu, şagirdlər arasında sosial təbəqələşməni aradan qaldırır. Həmçinin məktəbdə bufet olsa belə, burada şagirdlərə ödənişli nəsə satılmır. 

5. Yaponiyada ali təhsil ibtidai təhsil qədər ağır deyil. Bu, onlar üçün iş həyatından öncəki istirahət dövrü sayılır.

6. Sinifdə 40-a yaxın şagird olur. Məktəbdə şagirdin dərs keçməsinə mümkün qədər çox şərait yaradılır. Belə ki, hər hansı bir tapşırığı sinif yoldaşlarından tez bitirən şagirdə digərlərinin cavablarını yoxlamaq tapşırılır. 

7. Şagird klubları Yapon təhsil sisteminin səciyəvi xüsusiyyətlərindən biridir. Məsələn, Cüdo, Kendo kimi ənənəvi idman növləri, Kado (Yapon üsulu çiçək düzmə), Sado (Yapon çay mərasimi), Şado (Yapon xəttatlıq sənəti) kimi mədəniyyət klubları uşaqların marağına səbəb olur.   

Xəbər lenti