Logo

BDU-nun gənc aliminin məqaləsi Q1 kvartil kateqoriyalı jurnalda dərc edilib

13.10.2021 20:38
IMG

Bakı Dövlət Universitetinin Kimya fakültəsinin Yüksəkmolekullu birləşmələr kimyası kafedrasının baş müəllimi, kimya üzrə fəlsəfə doktoru Elvin Məlikovun “Funksionallaşdırılmış malein anhidridi- α-okten ilə çoxdivarlı karbon nanoborular əsasında sement qarışıqları üçün potensial möhkəmləndirici qatqı” (“Potential strengthening additive for cement mortar based on the maleic anhydride - α-octene functionalised multiwall carbon nanotube”) adlı elmi məqaləsi Web of Science bazasında indekslənən Q1 kvartil kateqoriyalı “International Journal of Pavement Engineering” jurnalında dərc edilib (https://doi.org/10.1080/10298436.2021.1907580 və ya https://www.tandfonline.com/doi/full/10.1080/10298436.2021.1907580)

Məqalədə çoxdivarlı karbon nanoboruların malein anhidridi-α-okten birgə polimeri ilə funksionallaşdırılması vasitəsilə yeni, unikal tətbiq imkanlarına malik materialın sintez edilməsindən bəhs olunur. Müəyyən olunub ki, alınmış yeni materialın müxtəlif konstruksiya materiallarına, xüsusilə də beton konstruksiyalarına və sement qarışıqlarına qatılması onların mexaniki möhkəmliyin dəfələrlə yüksəlməsinə səbəb olur.

Qeyd olunan tədqiqat işi karbon nanoboruların funksionallaşması istiqamətində aparılan elmi-tədqiqat işləri içərisində pioner işlərdən hesab olunur. Gənc alim tərəfindən sintez edilmiş çoxdivarlı karbon nanoborular və qrafen əsaslı yeni materiallar günəş batareyaları, sensorlar və müxtəlif xassəli doldurucu materialların hazırlanmasında istifadə edilə bilər.

Xəbər lenti