Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tabe təşkilatı Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasında (AHİİTA) “Neftçi İdman Klubu” İctimai Birliyinin nümayəndələri ilə görüş keçirilib.
Görüşdə idman sahəsində birgə layihələrin həyata keçirilməsi, qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və yeni təşəbbüslərin reallaşdırılması istiqamətində müzakirələr aparılıb.
Sonda AHİİTA ilə “Neftçi İdman Klubu” arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
