Logo

COVID-19 zamanı ekran qarşısında keçirilən vaxta yeni yanaşma

18.10.2021 10:02 762 baxış
IMG

Ailələr, uşaqların ekrandan artan asılılığını maksimum fayda ilə necə istifadə edə bilərlər? Deniel Kardefelt Uint

Pandemiya şəraitində təəccüblü deyil ki, bir çox uşaqlar və onların valideynləri getdikcə daha tez-tez monitor və ekranlar vasitəsilə xarici dünyaya qoşulurlar, halbuki, vaxtı ilə bu monitorlardan istifadəyə onlar məhdudiyyətlə və ya hətta məzəmmətlə yanaşırdılar. Amma uşaqların təhsil, oyun, əyləncə və sosial ünsiyyət fəaliyyət imkanlarını əldə etmək üçün interneti ən mühüm vasitə kimi qəbul etmək vaxtıdır. Bir sözlə, onlar rəqəmsal məkanda vaxt keçirərək çox şey qazana bilərlər.

Lakin uşaqlarının sosial şəbəkələrdə və onlayn oyunlarda pandemiyadan öncə keçirdikləri vaxtdan narahat olan valideynlər üçün uşaqların özlərini monitorlar üzərinə məcazi mənada "atmaqları" da daha çox narahatlıq və hətta stress yarada bilər.

Ailələr və uşaqlar, monitorlardan artan asılılığını maksimum fayda ilə necə istifadə edə bilərlər ki, bu, özünütəcrid zamanı normallıq hissini saxlamağa kömək etsin və eləcə də digər vacib fəaliyyətlərlə düzgün tarazlığı təmin etsin?

COVID-19 zamanı monitor qarşısında və video oyunlarda keçirilən vaxt.

Tədqiqatlar sosial medianın və video oyunların real həyatdan müvəqqəti qaçış və dəyərli sosial iştirak imkanı yaratdığına dəlalət edir. COVID-19 zamanı bir çox media vasitələri faydalı olduqlarını müxtəlif başlıqlarla işıqlandırmışdılar: Video oyunlar sosial məsafələşmə zamanı süurunuzun sağlam qalmasını qoruya bilər; Mən koronavirusa qədər video oyunların səmərəsiz olduğunu düşünürdüm; və Koronavirus monitor qarşısında keçirilən vaxta dair debata son qoydu. Monitorlar qalib gəldi.

Bəs risklər?
Bu yaxınlarda aparılan yüksək keyfiyyətli bir tədqiqat, monitor qarşısında keçirilən vaxtın uşaqlara zehni sağlamlıq və xoş güzəran baxımından təsirinin olduqca kiçik olduğunu göstərdi. Digər amillər, yəni valideyn dəstəyi, ailə daxilində münasibətlər və ya uşaqlıq dövründə mənfi təcrübə, monitor qarşısında keçirilən vaxtdan daha çox təsirlidir. Bu tədqiqat işi 350,000-dən çox uşaq arasında keçirilən geniş miqyaslı sorğuları, Böyük Britaniyada uşaqlarla uzunmüddətli tədqiqatları, Böyük Britaniya, İrlandiya və ABŞ-da gündəlik üzərindən aparılan araşdırmaları ehtiva edir. Monitorlara çıxışın daha məhdud olduğu aşağı və orta gəlirli ölkələrdə hələ ki, tədqiqat nəticələrini təsdiqləyəcək az sayda sübut var.

UNICEF-in “Əlaqələndirilmiş dünyada böyüyərkən” hesabatında deyilir ki, uşaqların kiçik bir qrupu rəqəmsal texnologiyadan istifadə etdiyi zaman mənfi təcrübə ilə qarşılaşsada, bu, onların internetdə keçirdikləri vaxtla birbaşa əlaqədar deyil. Əksinə, belə bir təcrübəyə baxarkən, uşaqların internetdə nə etdiyinə, qarşılaşdıqları məzmuna, eləcə də onların həyat mühitinə və bütövlükdə dəstək şəbəkələrinə daha çox diqqət yetirilməlidir. Uşaqlar üçün monitor qarşısında keçirdikləri vaxt nə həddən artıq, nə də həddən az olmamalıdır, düzgün həcmdə olsa ən optimaldır.

Monitor qarşısında keçirilən vaxtı həmçinin fiziki fəallığın kifayət qədər olmamasında-qlobal ölüm riskinin aparıcı amilində ittiham olunur, hansı ki, həmçinin uşaqların piylənməsinə imkan yaradır. Bəziləri iddia edirlər ki, uşaqların monitorlar qarşısında keçirdikləri vaxtın məhdudlaşdırılması fiziki fəaliyyəti artırmaq üçün bir yoldur, halbuki, bu iddia, tədqiqatla təsdiqlənmir. Bir çoxlarının kənara çıxa bilmədikləri bugünkü şəraitdə, həqiqət tam əksinədir: fəal video oyunlar və ya fiziki təmrin videoları fiziki fəaliyyət üçün ən yaxşı imkan ola bilər. Lakin tarazlıq məsələsinə qayıdaq. Pandemiyada olduğu kimi, həyat normal məcraya qayıdanda da bu tarazlığa nail olmaq üçün biz hər bir uşağa necə kömək edə bilərik?

Nə etmək olar?
Burada nəzərə alınmalı, bəzi əsas məsələlər var:

  • Dostlarla ünsiyyət saxlamaq vacibdir: Qeyri-müəyyənliyin və nizamsızlığın yüksək dərəcədə olduğu qeyri-adi vaxtlarda uşaqlar üçün dostları ilə oynamaq və ünsiyyət qurmaq həyati əhəmiyyət kəsb edir. Pandemiya zamanı video oyunlar və sosial media əhəmiyyətli təcrübə imkanı yarada bilər: qarşılıqlı sosial ünsiyyətin azaldığı bir dövrdə ünsiyyətli əlaqə; seçim məhdud olduğu zaman əyləncə imkanı; və narahatlıq və qorxu hisslərini azaltmağa kömək edəcək bir vasitə.
     
  • Fəal iştirak və valideyn nəzarəti: Bəzi video oyunların məzmununa və onlarla oynayan uşaqlarda baş verə biləcək bir sıra onlayn risklərə dair haqqlı əndişələr fəal valideyn strategiyaları ilə yumşaldıla bilər. Bu strategiyalar aşağıdakıları ehtiva edir: uşaqlarla, onların onlayn təcrübəsi haqqında söhbət; uşaqların böyüklər üçün nəzərdə tutulan oyunlar oynamadığına əmin olmaq; və oyun oynadıqları zaman uşaqların ümumi əhvalını və xoşbəxtliyini müşahidə etmək. Uşaqlarla birlikdə video oyun oynamaq, onların təhlükəsizliyinə əmin olmaq üçün yaxşı bir üsuldur. Bu, həmçinin, çox əyləncəli ola bilər!
     
  • Monitorlar qarşısında fiziki fəaliyyət: Unutmayın ki, bir çox uşaqlar əvvəl vərdiş etdiyi fiziki fəaliyyət həcmini pandemiya zamanı əldə edə bilmirlər. Öyrənmə, sosiallaşma və oyun üçün monitor, indi hələ ki, kifayət edirsə, uşaqların fəal qalmasına kömək etmək üçün yeni yollar lazımdır. Açıq havada məhdud hərəkət şəraitində, evdə sağlam qalmağın bir üsulu kimi ÜST fəal video oyunları və onlayn fiziki təmrinlər dərslərini tövsiyə edir. Bu yaxşı bir həlldir, çünki həm fiziki fəaliyyəti, həm də əyləncəni təmin edir. Bu məsləhət həm COVID-19 pandemiyası zamanı, həm də həyat normal məcraya qayıtdıqda faydalıdır. ÜST həmçinin, ünsiyyətli əlaqə imkanları məhdud ailələr üçün faydalı olan və rəqəmsal texnologiyalardan asılı olmayan evdə fiziki fəaliyyət ideyalarını təklif edir.

COVID-19 pandemiyası göstərir ki, biz getdikcə daha çox rəqəmsal texnologiyalardan asılı oluruq. O, evlərində təcrid olunanlar üçün bir xilasedici vasitəyə çevrildi.

İndi uşaqların tez-tez bilinməyən bir qorxu ilə dolu olan bu cihazların istifadəsi ilə bağlı fərziyyələri yenidən nəzərdən keçirmək vaxtıdır. Bu qorxulara qarşı durmaq üçün, valideynlər öz uşaqları ilə, bir-birlərinin həm rəqəmsal, həm də fiziki dünyaları haqqında daha çox məlumat əldə etmək məqsədilə özünütəcrid şəraitində əlavə vaxtlarından istifadə edə bilərlər.

Xəbər lenti