Logo

21 yaşlı gəncdən ağlagəlməz biznes növü: İnsanları hissə-hissə satır - FOTO

20.10.2021 09:56 489 baxış
IMG

Divarlarda düzülmüş yüzlərlə insanın kəllə sümükləri, onurğa skeletləri, döllər, kiçik uşaqların kəllə sümükləri var. Bu tükürpədirici mühitdə 500 min izləyicisi olan və hər videosuna 22 milyon bəyənmə gələn "TikTok" hesabının sahibi 21 yaşlı Con Pişaya Ferri, pişiyi Şonk ilə xoşbəxt bir sahibkar kimi özünü göstərir. Bəli, Ferri bir sahibkardır...

Tehsil.biz sherg.az-a istinadən xəbər verir ki, o bir-birini tanımayan, fərqli həyatlar paylaşan insanların skeletlərini öz veb saytından satan bir sahibkardır!

13 yaşında atasının verdiyi siçan skeleti ilə bu sahə ilə maraqlandığını deyən gənc, 2018 -ci ildə Nyu -Yorka köçdükdən sonra insan sümüklərini satmağa başladığını deyib. Veb saytındakı həyatından bəhs etdiyi bölmədə Ferri uşaqlıqdan osteologiyaya (sümük elmi) böyük maraq göstərdiyini və bu mövzuda ailəsi tərəfindən dəstəkləndiyini bildirir.

Nyu-Yorkdakı "Parsons" Dizayn Məktəbində təhsil alan və qurduğu şirkətin 8 işçisi olan 21 yaşlı gənc, tibbi sümük ticarəti ilə bağlı araşdırma aparıb:
"Daha çox şey öyrəndikcə bir müddət sonra tibb tələbələri əllərində olan insan qalıqlarını istifadə etmədiyini bildim. Onları toplamağa başladım. On il əvvələ qədər tibb tələbələrinin dolablarında sümük skeletləri olması adi hal idi" - deyərək , özünü" istənməyən "sümüklərə yeni sahiblər tapan biri olaraq gördüyünü əlavə edib.
Ferri işə kiçik bir dükanla başlayıb. İstifadə edilməmiş sümükləri toplayan gənc, hər cümə günü Nyu -Yorkun məşhur "Times" Meydanında vizit kartlarını paylayıb və yavaş -yavaş adını tanıdıb. Sinif yoldaşlarının "sümük adamı" adlandırdığı Ferri hər ay 20-80 arasında skelet parçası satdığını söyləyir. Satdığı sümüklərin qiyməti 20 ilə 6 min dollar arasında dəyişir (180 TL - 54 min TL).

Digər tərəfdən, Ferrini "TikTok"da izləyən bir çox insan bu ticarətin əxlaqsız və hətta qanunsuz olduğunu düşünür. Gənc sahibkar isə sümüklərin zirzəmiyə toz yığmaqdansa, elmi araşdırmalar üçün satılacağını deyərək özünü müdafiə edir. Əslində bu sahə hüquqi baxımdan çox qeyri-müəyyəndir. İnsan qalıqları "mülkiyyət qaydası yoxdur" adı altında qiymətləndirilir. Bir sözlə, bu qalıqlar kimin əlindədirsə, sahibi də odur.

Milli.Az

Xəbər lenti