Logo

Müəllimlər uşaqlarla koronavirus xəstəliyi haqqında necə danışa bilərlər?

27.10.2021 18:50 430 baxış
IMG

Bütün dünyada insanlar özlərini, ailələrini və icmalarını koronavirus xəstəliyindən (COVİD-19) qorumaq üçün önləyici tədbirlər gördükləri kimi, uşaqların da xeyirxah, nəzakətli, inkluziv və hər kəs üçün əlverişli mühitdə öyrənməyə davam edə bilməsi vacibdir.

Məktəblər və müəllimlər bu işdə mühüm rol oynayırlar. Koromavirus xəstəliyi haqqında dəqiq məlumatların və elmi cəhətdən əsaslandırılmış faktların mübadiləsi, şagirdlərin bu xəstəliklə bağlı qorxularını və narahatlıqlarını azaltmağa, həmçinin həyatlarında hər hansı yan təsirlərin öhdəsindən gəlmək qabiliyyətini dəstəkləməyə kömək edəcəkdir.

Aşağıda qeyd olunan bəzi təkliflər, müəllimlərin müxtəlif yaş qruplarına (məktəbəqədər, ibtidai, ümumi və tam orta təhsil) aid olan şagirdləri COVİD-19 və digər virusların yayılmasının qarşısını almaq və onlara nəzarət etmək üçün cəlb edə bilməsi haqqındadır. İstənilən söhbət və ya fəaliyyətlər daim uşaqların xüsusi ehtiyaclarını, məktəb, dövlət hakimiyyət orqanları tərəfindən verilən rəhbər təlimatları nəzərə almalı, həmçinin UNICEF və Ümumdünya Səhiyyə Təşkilatı kimi nüfuzlu mənbələrə əsaslanmalıdır.

Məktəbəqədər təhsil

Diqqətinizi öskürək və asqırma zamanı ağızın dirsəklərlə örtülməsi və əllərin yuyulması kimi yaxşı sağlam davranışa dair məlumatları paylaşmağa cəmləyin. Yoluxma riskinin qarşısını almaq üçün daha ətraflı məlumatları burada oxuyun.

Uşaqların koronavirusdan və digər xəstəliklərdən qorunmalarının ən yaxşı yollarından biri, ən azı 20 saniyə ərzində əllərin müntəzəm yuyulmasını təşviq etməkdir. Bu qorxuducu söhbət olmalı deyil. Öyrənmə prosesini əyləncəli etmək üçün “Sağlam ol” mahnızmızı oxuyun və ya bu rəqsin hərəkətlərini təkrarlayın. Əl yuma haqqında daha ətraflı məlumatları burada oxuyun.

Uşaqların əllərini necə yuduqlarını izləmək və tez-tez/vaxtında əllərini yuduqları üçün onları mükafatlandırmaq yollarını tapın.

Uşaqlar özlərini xəstə hiss edərkən (məsələn, baş ağrısı, mədə ağrısı və yaxud isti və ya çox yorğun olduqları kimi) əlamətləri (asqırma, öskürək, qızdırma), nə etmək lazım olduğunu və xəstəyə necə təskinlik verməyi (empatiya və təhlükəsiz qayğı davranışlarını aşılama) nümayiş etdirmək üçün kuklalardan və ya gəlinciklərdən istifadə edin.

Dairə vaxtı gəldikdə, uşaqlar bir-birindən uzaq oturaraq əllərini uzatmalı və ya "qanadlarını çırpmalıdırlar" – hərəkət etdikləri zaman isə onlar dostlarına toxunmamaq üçün bir-birindən kifayət qədər məsafə saxlamalıdır.

İbtidai təhsil 

Uşaqların narahatlıqlarına mütləq qulaq asın və yaş həddinə uyğun olaraq suallarına cavab verin; onları həddən artıq çox informasiya ilə yükləməyin. Uşaqları hisslərini ifadə etməyə və çatdırmağa təşviq edin. Onlarla birlikdə yaşaya biləcəyi müxtəlif hissləri müzakirə edin və bunların anormal vəziyyətə normal reaksiyalar olduğunu izah edin.

Uşaqların özlərini və başqalarını qorumaq üçün çox şey edə biləcəyini vurğulayın. Məsələn, onları sosial məsafə anlayışı ilə tanış edin  (dostları ilə fiziki məsafə saxlamağı, böyük izdihamlardan uzaq durmağı, ehtiyac olmadıqda insanlara toxunmamağı və s.). Bundan əlavə, öskürək və asqırma zamanı ağızı dirsəkləri ilə örtməyi, habelə əllərin yuyulması kimi sağlam davranışlara diqqət yetirin. Yoluxma riskindən qaçınmaq yolları haqqında daha ətraflı burada oxuyun.

Uşaqlara xəstəliklərin profilaktikası və onlarla mübarizənin əsas anlayışlarını başa düşməyə kömək edin. Mikrobların necə yayıla biləcəyini nümayiş etdirən məşğələlərdən istifadə edin. Məsələn, rəngli suyu bir çiləyiciyə yerləşdirə və bir ağ kağız parçasına çiləyə, ardınca isə damcıların nə qədər uzağa hərəkət etdiyini müşahidə edə bilərsiniz.

Əlləri sabunla 20 saniyə ərzində yumaq nə üçün bu qədər vacib olduğunu nümayiş etdirin. Məsələn, şagirdin əlinə kiçik miqdarda pərəklər yerləşdirin və şagird onu yalnız su ilə yuyub nə qədər pərəyin qaldığını görsün. Ardınca isə şagird əllərini 20 saniyə ərzində sabun və su ilə yusun və parıltının necə yox olduğunu görsün.

Şagirdlərə yüksək riskli davranışları müəyyən etmək və onları dəyişmək yollarını təklif etmək üçün mətnləri təhlil etməyi tapşırın. Məsələn, soyuqlamış müəllim məktəbə gəlir. O, asqırır və əli ilə ağzını tutur. Ardınca isə, həmkarının əlini sıxır. Sonra əllərini burun dəsmalına silir və tədris üçün sinifə gedir. Müəllim hərəkətlərində riskli nə etdi? Bunun əvəzinə nə etməli idi?

Ümumi orta təhsil 

Şagirdlərin narahatlıqlarını mütləq dinləyin və onların suallarına cavab verin.

Şagirdlərə özlərini və başqalarını qorumaq üçün çox şey edə biləcəyini vurğulayın. Məsələn, onları sosial məsafə anlayışı ilə tanış edin və diqqəti öskürək və asqırma zamanı ağızlarını dirsəkləri ilə örtmək, həmçinin əllərini yumaq kimi sağlam davranışlara yönəldin. Yoluxma riskindən qaçınmaq yolları haqqında daha ətraflı burada oxuyun.                         

Şagirdlərə sağlam davranışları ailələri ilə bölüşə biləcəyini xatırladın.

Şagirdləri stiqmaya müqavimət göstərməyə və qarşısını almağa təşviq edin. Ayrı-seçkiliklə əlaqədar qarşılaşa biləcəkləri reaksiyaları onlarla müzakirə edin və belə reaksiyaların fövqəladə vəziyyətlərdə normal olduğunu izah edin. Onları hisslərini ifadə etməyə və çatdırmağa təşviq edin,  həmçinin, qorxu və stiqmanın çətin vəziyyəti daha da ağırlaşdırdığını izah edin. Sözlər əhəmiyyətlidir və mövcud stereotipləri yaşadan ifadələrdən istifadə, insanları, özünümüdafiə üçün lazım olan tədbirləri görməkdən çəkindirə bilər. Uşaqlarla koronavirus haqqında danışmaq yollarına dair bəzi "olar" və "olmazları" oxuyun.

Şagirdlər agentliyi yaradın və ictimai səhiyyə haqqında faktları təbliğ etmək üçün onlara tapşırıq verin.

Səhiyyə haqqında müvafiq maarifləndirici materialları digər fənlərə daxil edin. Elm dərslərində virusların öyrənilməsini, xəstəliklərin ötürülməsini və peyvəndin əhəmiyyətini əhatə etmək olar. Sosiologiya dərslərində isə pandemiyaların tarixi habelə ictimai səhiyyə və təhlükəsizlik siyasətlərinin təkamülünə diqqət yetirilə bilər.

Şagirdlərə məktəb elanları və plakatları vasitəsilə öz Sosial Reklamlarını yaratmaq tapşırığını verin.

Media savadlılığı dərsləri şagirdləri kritik mütəfəkkirlər olmaq üçün gücləndirə bilər və həmçinin onları effektiv kommunikator və fəal vətəndaş edər, bu isə şagirdlərin dezinformasiyanı aşkar etmək qabiliyyətini artırar.

Tam orta təhsil 

Şagirdlərin narahatlıqlarını mütləq dinləyin və onların suallarına cavab verin.

Şagirdlərə özlərini və başqalarını qorumaq üçün çox şey edə biləcəyini vurğulayın. Məsələn, onları sosial məsafə anlayışı ilə tanış edin və diqqəti öskürək və asqırma zamanı ağızlarını dirsəkləri ilə örtmək, həmçinin əllərini yumaq kimi sağlam davranışlara yönəldin. Yoluxma riskindən qaçınmaq yolları haqqında daha ətraflı burada oxuyun.                         

Şagirdləri stiqmaya müqavimət göstərməyə və qarşısını almağa təşviq edin. Ayrı-seçkiliklə əlaqədar qarşılaşa biləcəyi reaksiyaları onlarla müzakirə edin və belə reaksiyaların fövqəladə vəziyyətlərdə normal olduğunu izah edin. Onları hisslərini ifadə etməyə və çatdırmağa təşviq edin,  həmçinin, qorxu və stiqmanın çətin vəziyyəti daha da ağırlaşdırdığını izah edin. Sözlər əhəmiyyətlidir və mövcud stereotipləri yaşadan ifadələrdən istifadə, insanları, özünümüdafiə üçün lazım olan tədbirləri görməkdən çəkindirə bilər. Uşaqlarla koronavirus haqqında danışmaq yollarına dair bəzi "olar" və "olmazları" oxuyun.

Səhiyyə haqqında müvafiq maarifləndirici materialları digər fənlərə daxil edin. Elm dərslərində virusların öyrənilməsini, xəstəliklərin ötürülməsini və peyvəndin əhəmiyyətini əhatə etmək olar. Sosiologiya dərslərində isə pandemiyaların tarixinə və onların yan təsirlərinə, habelə dövlət siyasətinin, dözümlüyü və sosial həmrəyliyi necə təşviq edə biləcəyinə diqqət yetirilə bilər.

Şagirdlərə media, radio və yaxud hətta lokal TV yayım vasitəsilə öz Sosial Reklamlarını yaratmaq tapşırığını verin.

Media savadlılığı dərsləri şagirdləri kritik mütəfəkkirlər olmaq üçün gücləndirə bilər və həmçinin onları effektiv kommunikator və fəal vətəndaş edər, bu isə şagirdlərin dezinformasiyanı aşkar etmək qabiliyyətini artırar.

Xəbər lenti