Logo

3 yaşından təhsil! Yaponiyanın qeyri-adi təhsil sistemi

06.11.2021 22:52 497 baxış
IMG

Bildiyimiz kimi təhsil  bütün  insanlar  üçün  inkişafın  təməl  dirəyi  hesab  olunur. Lakin hər  ölkənin  özünəməxsus,  mədəniyyətindən  bəhrələnən  təhsil  sistemi  mövcuddur.

Dünyanın ən fərqli, keyfiyyəti ilə nümunə hesab  edilən  təhsil  sistemlərindən biri də Yaponiyaya məxsusdur.

Bəs  Yaponiya necə bir təhsil sistemi tətbiq edilir? Yaponiya təhsil sistemi hansı özünəməxsus xüsusiyyətləri  ilə ön  plana  çıxır?

Sizə Yaponiyanın  təhsil  sistemi  haqqındakı  araşdırmanı  təqdim  edir.

Yaponiya  təhsil  sistemində  şagirdlər  6  il  ibtidai  təhsil, 3  il  ümumi  təhsil, 3  il  isə  lisey  təhsili  alır. Hər  bir  fərdin  ilk   9  il  müddətində  təhsil  alması  məcburidir, şagirdlərin  98% -i  isə  məcburi  olmamasına  baxmayaraq  təhsilin  bütün  pillələrini  tamamlayır. Aşağı  yaşlardan  etibarən  əxlaq  və  etik  davranışlar  aşılanır, azyaşlı  uşaqlara  ilk  olaraq  xarakter  və  davranış  qaydaları  öyrədilir.

Yaponiyada  təhsil

Yaponiyada  3 yaşındakı  uşaqların  80% – i, 4  yaşındakı  uşaqların  isə  95% -i məktəbəqədər  təhsil  alır. Ailələr  bu  mərhələdə  özəl  və  dövlət  müəssisələrini  seçirlər. Dövlət  bağçalarını  seçən  valideynlərin  bağçaya  verəcəyi  məbləğ  onların  maaşları  əsasında  müəyyən  edilir.

Yaponiyada  uşaqlar  ibtidai  təhsilə   6  yaşları  tamam  olduqdan  sonra  gələn  Aprel  ayının  ilk  günü  başlayırlar. Klassik  bir  dövlət  məktəbində  siniflər  40  nəfərlik  şagirdlərdən  ibarət  olur. İbtidai  təhsil  səviyyəsinə  keçən  şagirdlər 6  illik  tədris  müddətinin  ilk  3  ilində  ailələri  və  uşaqları  stressə  salacaq  imtahanlarla  üzləşmirlər. Bu  3  il  müddətində  uşaqlara  xarakter  və  şəxsiyyət kimi  formalaşma  dərsləri  keçirilir, təbiətə  və  heyvanlara  hörmət  etmək, yaxşı  insan  olmağın  vacibliyi  öyrədilir. İbtidai  təhsildə  3-cü  sinifdən  sonra  isə  yapon  dili, riyaziyyat, sosial  məlumatlar, elm, əl işləri, bədən  tərbiyəsi  və  ev  iqtisadiyyatı  kimi  dərslərdə  uşaqların  şəxsi  inkişaf  prosesi  davam  etdirilir. Texnoloji  imkanları  yaxşı  olan  yapon  məktəbləri  hər  keçən  il  sistemini  yeniləyir, tədris  müddətinin  daha  keyfiyyətli  olması  üçün  müxtəlif  interaktiv  dərslər  təşkil  edirlər.

Bu  məktəblərdə  sanitar  təmizlik  işçiləri  yoxdur, təmizliyi  şagirdlər  həyata  keçirir

Yaponiya  ibtidai  təhsil  mərkəzlərində  şagirdlərə  kiçik  komandalar  halında  tədris  keçirilir. Bu  komandalar  tədrisin  bir  parçası  olaraq  həftədə  iki  gün  siniflərini  təmizləyir, məktəbin  bağçasında  müxtəlif  peyzaj  işləri  görürlər. Bu  şagirdlər  həmişə  bir  yerdə  olur, yeməklərini  də  müəllimləri  ilə  birlikdə  yeyirlər. Yeməklər  isə  dövlət  tərəfindən  maliyyələşdirilən  “Məktəb yeməkxanası  mərkəzi” tərəfindən  təmin  edilir. Bu  yeməklər  zəngin  qidalar  və  bol  vitaminlə  dolu  olduğu  üçün  şagirdlər  tərəfindən  sevilir.

Müəllimlər həftədə  ortalama  235  dəqiqəni   riyaziyyat  dərslərinə  ayırmalarına  baxmayaraq , (digər  ölkələrdə  ortalama  218 dəqiqədir),  dil( həftədə  205 dəqiqə)  və  digər  fənlərə ( həftədə  165  dəqiqə)  az  zaman  ayırırlar. Digər  ölkələrdə  ortalama  215  və  200  dəqiqə  olaraq  götürülür.

Yaponiyadakı  dövlət  məktəblərində  dərslər  bazar  ertəsindən  cümə  gününə  kimi  davam  edir. Bəzi  məktəblərdə  isə  şənbə  günləri  də  dərslər  keçirilir. Orta  təhsil  müəssisələri  və  liseylərdə  isə  hər  gün  6  dərs  keçirilir. Dərslərin  müddəti  50  dəqiqədir  və  dərs  bitdikdən  sonra  şagirdlər  müxtəlif  idman  oyunlarına  cəlb  edilirlər. Yaponiyadakı  məktəblərin  90% -də  gimnastika  zalı, 70%- də  isə  üzmək  üçün  hovuz  mövcuddur. Dövlət  təhsil  müəssisələrində  məktəb  uniforması  yoxdur, ancaq   orta  təhsil  müəssisələrində  hər  məktəbin  özünəməxsus  uniforması  var.

Yaponiya  təhsil  sistemində  klub  fəaliyyətinin  əhəmiyyəti

Şagird  klubları  Yaponiya  məktəb  təhsilinin  xarakterik  bir  parçasıdır. Demək  olar  ki,  bütün  orta  məktəb  şagirdləri  bir  kluba  üzvdür  və  o  klubda  aktiv  rol  oynayır. Müəllimlərin  rəhbərliyi  ilə  idman, mədəni  fəaliyyətlər, sosial  aktivliklər  və  eyni  maraq  dairəsinə  sahib  olan  şagirdlər  dərsdən  sonra  və  tətil  günlərində  bir  araya  gəlirlər. Yapon  ənənəvi  idman  və  mədəniyyətinə  əhatəsində fəaliyyət  göstərən  cudo, kendo (yapon qılınc  ustası), sado (yapon  çay  mərasimi), kado ( yapon  gül  aranjmanı), shodo ( yapon  xəttatlığı) və s. bu  tip  bir  çox  sayda  şagird  kulubları  mövcuddur. Şagirdlər  arasında  dostluq  bağını  gücləndirmək  üçün  məktəblər  arası  dostluq  yarışları  təşkil  edilir.

Yaponiyadakı  məktəblərdə  akademik  təqvim

Yaponiyada  tədris  ili  aprel  ayında  başlayır  və  növbəti  il  mart  ayında  yekunlaşır. Məktəblərdə  tədris  üç  ayrı  mərhələdə  davam  edir. Birinci  mərhələ aprel – avqust, ikinci  mərhələ  sentyabr – dekabr, üçüncü  mərhələ  isə  yanvar- mart  ayları  aralığındadır. Birinci  mərhələnin  sonunda  40  günlük  yay  tətili  başlayır, ikinci  mərhələnin  sonunda  15  günlük  qış  tətili  verilir,üçüncü  mərhələnin  sonunda  verilən  tətil  isə  martın  ortasında  başlayır  və  aprelin  əvvəlində  bitir  və  daha  sonra  yeni  bir  tədris  ili  başlayır.

Xəbər lenti