Logo

“Şahdağ Xeyriyyə” İB layihə icrasına start verib

21.02.2022 21:23 1082 baxış
IMG

“Şahdağ Xeyriyyə”  İB  1 fevral 2022-ci il tarixindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən  “İnternat tipli məktəblərin aztəminatlı ailələrdən olan şagirdləri ilə peşəyönümü tədbirlərinin təşkili" adlı layihənin icrasına başlamışdır.   

3  ay müddətində icra ediləcək layihənin əsas ideyası aztəminatlı ailələrdən olan şagirdləri ölkəmizdəki peşə təhsili sistemi ilə tanış etmək, əmək bazarında olan aktual peşələr barədə onları maarifləndirməkdir.  

Təcrübə göstərir ki, İnternat tipli məktəblərin  aztəminatlı ailələrdən olan şagirdləri təhsil müddətindən sonra əmək bazarına uyğunlaşması müəyyən problemlərlə müşayət edilir. Bu uşaqların əksəriyyəti valideyn qayğısından və nəzarətindən kənar qaldığı üçün, bir sıra həyati məsələlərin həllində təcrübəli insanlarla, böyüklərlə məsləhətləşə bilmirlər. 

Həyata tam hazırlaşa bilmədikləri üçün də çox vaxt həyatda uğursuzluğa düçar olurlar.  
Bu yaşda  məktəbli uşaqların ehtiyacı olduğu mühüm həyati məsələ onların özlərinə gələcək peşə seçmələri ilə bağlıdır. Bu uşaqların peşə seçimi normal ailələrdə böyüyən və  daha  yaxşı məktəblərdə oxuyan uşaqların peşəseçimindən fərqlənir. Çünki, heç internat məktəbdə onlara bu barədə məlumatlar verilmir, peşə maariflənməsi tədbirlərində  aparılmır.   

Onların həyatda dəstəyi az olduğu üçün, dövlət,  bu uşaqların  oxuduğu internat bu uşaqlara dəstək verməli, peşə seçimində onlara yol göstərməlidirlər. 

Layihənin məqsədi bu kateqoriya uşaqlarla peşə maariflənməsi və peşəseçimi məsələlərində dəstək vermək, onları Bakıda olan peşə təhsili mərkəzləri  və orada verilən peşə ixtisas təhsili  haqqında ətraflı məlumatlandırmaqdır.

Bu amilləri nəzərə alaraq, internat tipli məktəblərin aztəminatlı ailələrdən olan şagirdləri ilə peşəyönümü tədbirlərinin təşkili tədbirlərini aparmağı qərara alınmışdır.

Xəbər lenti