Logo

LDU-da Tələbə Elmi Cəmiyyətinin III elmi seminarı həyata keçirildi

23.02.2022 11:21 981 baxış
IMG

22 fevralda Tələbə Elmi Cəmiyyətinin LDU-nun Elmi hissəsi, eləcə də Elm və tədqiqat işləri şöbəsi ilə birlikdə müəyyən edilmiş icra planına uyğun olaraq Lənkəran Dövlət Universitetinin Təbiyyat fakültəsində Tələbə Elmi Cəmiyyətinin III elmi seminarı həyata keçirilib.

LDU-dan "Tehsil.biz"ə bildirilib ki, fakültənin dekanı dos. Ramiz Şəmmədovun, LDU Tələbə Elmi Cəmiyyətinin sədri Samir Salayevin, fakültə Tələbə Elmi Cəmiyyətinin sədri Şəbnur Əlizadənin və fakültə üzrə TEC-in  “Riyaziyyat və informatika”, “Kimya və fizika”, “Biologiya və ekologiya” Tələbə Elmi Tədqiqat Dərnəklərinə (TETD) üzv tələbələrinin iştirakı ilə “Elmi tədqiqat işlərindən sonra nəticələrin şərh edilməsi, tezis və məqalələrin hazırlanması və təqdim olunması qaydaları” mövzusunda təşkil olunan III elmi seminarı Lənkəran Dövlət Universitetinin “Riyaziyyat və informatika” kafedrasının müəllimi dos. Saleh Əhmədov aparıb.

Elmi seminarı giriş sözü ilə Təbiyyat fakültəsinin dekanı dos. Ramiz Şəmmədov açaraq Tələbə Elmi Cəmiyyətinin fəaliyyətinin tələbələrin elmi inkişafındakı müsbət roluna toxunub. Təbiyyat fakültəsinin tələbələrinin TEC işində aktivliyi Sonra fakültə TEC-in sədri Şəbnur Əlizadə Tələbə Elmi Cəmiyyətinin fəaliyyət planına uyğun olaraq həyata keçirilən tədbirləri qısaca xatırladaraq növbəti mərhələlərdə nəzərdə tutulan tədbirlər barədə iştirakçıları məlumatlandırıb

Elmi seminarın əsas hissəsində dos. Saleh Əhmədov əvvəlcə elmi tədqiqat işi əsasında hazırlanan məqalə ilə tezis arasındakı əsas fərqləri tələbələrin diqqətinə çatdırıb. Sadə riyazi tapşırıq nümunəsini təqdim edərək onun əsasında hazırlanan tezislərin iki modelini izah edib: qlobal model və lokal model. Qeyd olunub ki, qlobal model həcminə görə geniş olduğu üçün lokal modellərə daha çox önəm verilir. Hansı ki, həmin lokal modellər birlikdə qlobal modeli ifadə edə bilir.

Təlimin sonunda LDU Tələbə Elmi Cəmiyyətinin sədri Samir Salayev çıxış edərək fəaliyyət planına əsasən fakültə üzrə TEC-in sonuncu elmi seminarının həyata keçirildiyini qeyd edib.

Ümumi olaraq 3 elmi seminarda öyrədilən bilik və bacarıqlardan istifadə olunaraq Tələbə Elmi Tədqiqat Dərnəklərinin (TETD) aid olduğu kafedralarla və elmi rəhbər təyin olunmuş müəllimlərlə daha sıx əlaqələrin qurulmasının vacibliyini çatdırıb, tələbələrə müvafiq istiqamətlərdə tövsiyələrini ifadə edib. Ümumi baxımdan maraqlı keçən elmi seminarın sonunda tələbələrin suallarına şərait yaradılıb.

Qeyd edək ki, Tələbə Elmi Cəmiyyətinin fəaliyyət planına uyğun olaraq növbəti tədbir Tələbə Elmi Cəmiyyətinin üzvlərinin tezislərinin fakültə bölmə iclaslarında dinlənilməsi prosesini əhatə edəcək (Aprel. 2022). TEC-in fakültə bölmə iclasında tezislərini uğurla təqdim edən tələbələr Tələbə Elmi Cəmiyyətinin elmi konfransında (May. 2022) çıxış etməyə seçiləcək.

Xəbər lenti