Qeyri-rəsmi "sınıq pəncərə" adlanan kriminoloji nəzəriyyə 1982-ci ildə Ceyms Uilson və Corc Kellinq tərəfindən hazırlanmışdır.
Nəzəriyyə görə, binada pəncərə şüşələrindən biri sınmış və əvəzinə yeni şüşə salınmırsa, digər şüşələr də zaman keçdikcə sıradan çıxarılacaq, cəmiyyətdə mövcud davranış qaydalarının pozulması cəzasız qaldıqda, yaxud nəticələr aradan qaldırılmadıqda, belə hallar sürətlə kütləviləşir və digər qayda pozuntularına stimul verir. Bu nəzəriyyə özünü müxtəlif təcrübələrdə da sübut etmişdir.
Məsələn, siz hər hansı yerə zibil tökün və bir müddət sonra ora zibilxanaya dönəcək. İşlədiyiniz məktəbdə xarab olan hansıa su kranını dəyişmək əvəzinə onun su mənbəsini bağlayın və ya divardakı xarab olan elektrik açarını və razetini yenisi ilə əvəzləmək yerinə izolentləyin digər avadanlıqları da bir müddət sonra eyni aqibət gözləyəcək.
Ölkədəki nəinki əvvəllər tikilən, hətta yeni tikilən və təmir edilən məktəblər belə "sınıq pəncərə" nəzəriyyəsinə uyğun olaraq qısa müddəttə bina və tədris cəhətindən bərbad hala düşür. Məktəb rəhbərliyi və müəllimlər ictimai əmlaka biganə münasibət bəslədiyindən şagirdər də məktəbə eyni münasibəti sərgiləyirlər. Məktəblərdəki sıradan şıxan su kranları, elektrik açarları, razetləri və lampaları, qapı-pəncərə dəstəkləri və kilidləri, partalardakı və lövhələrdəki xırda qüsurlar cüzi maddi vəsait qarşılığında məktəb heyəti tərəfindən təmir edilmədikdə qısa müddətdə məktəbin bütün infrastrukturu dağılmış vəziyyətə düşür. Eləcə də texniki və pedaqoji işçilər arasında davamiyyət, etiket qaydaları və sair kimi hallar bir-neçə işçi arasında pozulduğu halda tədbir görülmədikdə qısa müddətdə məktbdə nəinki müəllimlər, hətta şagirdlər arasında davamiyyət və ictimai münasibətlər aşağı səviyyəyə düşür. Eləcə də şagirdlər arasındakı münaqişə və mübahisələr ədalətli sürətdə həll edilmədikdə, cəzasızlıq hökm sürəndə bir müddət sonra məktəb şagirdləri arasında kriminallaşma baş verir.
Axırda məktəbin təmiri və pedaqoji mühütü bir vəziyyətə düşür ki, onu illər ərzində belə düzəltmək olmur. Beləliklə, adi bir sınımış şüşə məktəbin binasını yarasız hala, adi bir bacarıqsız müəllim məktəbin pedaqoji mühütünü korlaya bilir.
Rabil Abdinov