"İnsan orqanizminin doğru şəkildə inkişaf etməsi üçün hamiləlik dönəmindən öncə valideynlərin yediyi qidaların uşaqların dünyaya gəlməsində böyük rolu var".
Bunu "Tehsil.biz"ə açıqlamasında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.
O bildirib ki, yarandığı gündən 8 yaşa qədər uşaqların formalaşması və 25 yaşa qədər orqanizmin hər saniyə inkişaf etdiyi bir prosesdir:
"Belə prosesin doğru, sağlam şəkildə həyata keçməsi üçün yaxşı olar ki, bir insan gün ərzində 40-dan 70-ə qədər makro və mikro elementləri qəbul edəcək şəkildə qidaları qəbul etsin. Təbii ki, belə olan halda mütləq şəkildə birinci diqqət ediləcək məqam qidaların çoxçeşidli və menular şəklində tərtib olunması, gündəlik monoton qidalardan istifadə edilməməsi tövsiyəolunandır. Xüsusilə uşaqların, məktəblilərin paketlənmiş qidalardan - cipslərdən, suxarılardan, şokaladlardan, piçenye, vafli və s. bu kimi emal olunmuş undan və rafinə olunmuş şəkərdən hazırlanan şirniyyatlardan mümkün qədər uzaq durması tövsiyə olunur. Çünki həmin qidalar biznes maraqları çərçivəsində daha çox qalması, xarab olmaması rentgenin quruluşunun, strukturunun dəyişməməsi üçün tərkibinə kifayət qədər kimyəvi qatqı maddələri olan emulqator, stabilizator, aromatizator və bu kimi maddələrdən istifadə edirlər və eyni zamanda insanlarda asılılıq yaratmaq, davamlı həmin məhsullar istifadə edilməsi üçün sintetik mənşəli monosoyqlupomatikdən istifadə edirlər ki, bu məhz qazlı, rəngli, şirəli içkilərin tərkibində də var və bu maddələrin hesabına xüsusən azyaşlılarda mərkəzi beyin sisteminin inkişafı ləngiyir, həmin uşaqlarda hiperaktivlik, diqqət əksikliyi, yuxusuzluq, depresiyaya meyillilik, öz yaşıdlarından inkişafda geri qalma halları müşahidə olunur və həmin maddələrin hesabına ağızda olan normal dad reseptorları pozulur ki, belə olan halda da həmin qidalardan istifadə edən uşaqlar ənənəvi, təbii, faydalı qidalardan istifadə etmirlər".
Mütəxəssisin sözlərinə görə, yaxşı olar ki, bunlardan istifadə edilməsin və ya çox az miqdarda, uzun müddət fasilə ilə istifadə olunsun:
"Bu gün məktəb bufetlərində həmin qidalar satılır və bu qidalardan istifadə bəzən qaçılmaz olur. Amma gündəlik qidalarda səhər yeməyi vacib və mütləqdir. Səhər yeməyində daha çox yumurta, süd məhsullarına, pendir, yağ və bu kimi qidalara üstünlük verilməlidir. Mütləq şəkildə mövsümü meyvə-tərəvəzlərdən istifadə edilməlidir. Gün ərzində 2-3 meyvə, 4-5 tərəvəzin qəbulu vacib hesab olunur. Eyni zamanda ət, toyuq və balıqdan hər birindən həftənin iki günündə, bir qida qəbulunda iki fərqli heyvan ətindən istifadə etməməklə qidalanmaq lazımdır. Digər bir məqam su içmək vərdişidir ki, uşaqlarda bunu aşağı yaşlardan formalaşdırmaq lazımdır. Xüsusilə hər kiloqram bədən çəkisinə görə, 30 ml su qəbul etmək normal hesab olunur. Əgər yay mövsümüdürsə və ya idmanla məşğul olunursa, bu miqdarı bir-iki fincan artırmaq olar. Qidaların qəbulu ilə yanaşı, yuxu rejimi ilə fiziki aktivlik çox önəmlidir ki, bunlara da diqqət etmək lazımdır. İnkişafda olan orqanizmin saat 22:00-23:00-dan sonra oyaq qalması onun inkişafında geriləmələrə səbəb olur ki, bu da ən önəmli məsələlərdəndir".
Mərcanə Əsədova