Logo

Məktəblilərin yuxu rejimi necə tənzimlənməlidir? - Ekspertdən TÖVSİYƏLƏR

20.06.2023 13:10 430 baxış
IMG

"Yuxu rejimi insan orqanizminin formalaşması üçün ən önəmli faktorlardan biridir".

Bunu "Tehsil.biz"ə açıqlamasında Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma və düzgün həyat tərzi üzrə beynəlxalq ekspert Məhsəti Hüseynova deyib.

Onun sözlərinə görə, bir orqanizm 25 yaşa qədər, mərkəzi beyin sistemi isə 21 yaşa qədər inkişaf edir:

"Buna əsasən yuxu rejimi düzgün şəkildə olarsa, yalnız bu halda keyfiyyətli, düzgün inkişafdan söhbət gedə bilər. Lakin məktəbləri tez başlayan və yaxud yuxusuzluqdan əziyyət çəkən, eyni zamanda erkən oyanmağa məcbur qalan uşaqlarda hər zaman bir çox problemlər ortaya çıxır ki, bunlar da əsasən diqqətsizlik, yorğunluq və s. müşahidə olunmasıdır ki, bu da birinci növbədə təhsilin keyfiyyət səviyyəsini aşağı salır. Çünki əgər yuxusuz və yaxud da yorğun bir şagirdin dərsə qulaq asmaq diqqətliliyi aşağı səviyyədə olacaq. Həddindən artıq tez yuxudan oyanma insanlarda mərkəzi beyin sisteminin inkişafını geridə qoyur. Xüsusilə də həmin uşaqlarda demək olar ki, həm imtahanlarda, həm dərslərdə digər uşaqlara nisbətən geridə qalır. Ən önəmlisi isə odur ki, bu sağlamlığa da onunla zərər vurur ki, uzun müddət yuxu rejmini tamamlamayan və az yatan insanlarda, xüsusilə də uşaqlarda xoşbəxtlik hormonlarının ifrazı dayanır və həmin insanlarda depressiyaya meyillilik, aqressivlilik, həyatdan zövq almamaq, intihara meyillilik halları daha çox olur. Bu da yuxusuz qalmağın ən önəmli problemlərindən biridir ki, mütləq şəkildə qarşısı birmənalı şəkildə alınmalıdır".

Ekspert bildirib ki, həm psixoloji cəhətdən düzgün inkişaf etməyən, həm də aqressiv, depressiv olan insanlar təbii ki, cəmiyyət üçün yararlı ola bilməz:

"Əsas amillərdən biri də odur ki, diqqətsizlik və yuxu rejimi pozulmuş uşaqlarda qanda ki şəkər, qlükoza istifadə oluna bilmir və istifadə oluna bilmədikdə də beyində düşünmə və eyni zamanda beynin fəaliyyətini tətikləyən əsas əlamətlər yavaş-yavaş sıradan çıxır ki, bu da gələcəkdə alzaymıra, parkinsona və yaddaşsızlıq kimi bir çox xəstəliklərin yaranmasına səbəb olur. Eyni zamanda yuxusuz qalma erkən qocalmaya və qəfil ürək tutmalarına səbəb olamaları ilə erkən ölümə səbəb ola bilər ki, bu da əsas amillərdən biridir. Xüsusilə də uşaqlarda yuxu rejiminin pozulmasına səbəb ola biləcək faktorlardan biri də gec saatlara qədər televiziyalara baxmaq, həmçinin müxtəlif elektron cihazlarla vaxt keçirməkdir".

M.Hüseynova qeyd edib ki, uşaqlar dərhal yuxuya getməlidir:

"Cihazlardan yansıyan şüalar mərkəzi beyin sisteminin oyaq qalmasını təmin edir ki, bu da yuxuya getsə də, beyin oyaq qaldığı üçün orqanizim yuxudan tam doymur və yuxu yatmış kimi görünsə də, əslində yuxu hormonu olmadığna görə vücud orqanizim oyaq qaldığı üçün daha çox zərərli ola bilir. Ona görə də insanlar və valideynlər yuxu rejminə xüsusi diqqət yetirməlidirlər. Çalışmalıdırlar ki, gecə 11-dən sonra uşaqlar oyaq qalmasınlae. Məktəbyaşlı uşaqlar ən azı 8 saat yatmalıdırlar".

Mərcanə Əsədova

Xəbər lenti