Bu gün axşam saatlarında Füzuli rayon 1-ci Zobcuq qəsəbəsində yerləşən Füzuli rayon Mərkəzi Kitabxanasının inzibati binasında yanğın baş verib.
Tehsil.biz xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.
Qeyd olunub ki, yanğın qeyri-iş saatında baş verdiyi üçün xəsarət alan olmayıb:
"FHN-in əməkdaşlarının müdaxiləsi nəticəsində yanğının yayılmasının qarşısı alınıb. Hazırda vəziyyət nəzarət altındadır. Dəymiş ziyanın həcmi, hadisənin baş vermə şəraiti araşdırılır. Araşdırma yekunlaşdıqdan sonra nəticə barəsində məlumat veriləcək".