Logo

2 gün əvvəl minaya düşən gənc BDU məzunu imiş...

06.02.2024 12:11 295 baxış
IMG

İki gün əvvəl minaya düşən Tərtər rayonunun Qaradağlı kənd sakini, 23 yaşlı Həsənəli Şahin oğlu Əlizadə Bakı Dövlət Universitetinin (BDU) məzunu imiş.

Tehsil.biz xəbər verir ki, bu haqda “Azərbaycan Universitetləri” səhifəsi məlumat paylaşıb.

H.Əlizadə 2022-ci ildə universitetin Politologiya ixtisasını bitirib. BDU-nu ortalama 90 baldan yuxarı fərqlənmə diplomu ilə bitirən gənc Polşanın Varşava Dövlət Universitetinə təqaüdlə qəbul olsa da, təhsilini davam etdirməyib.

Qeyd edək ki, hadisə Həsənəli Əlizadə heyvan otararkən baş verib. Onun sol ayağı topuqdan aşağı amputasiya olunub, sağ ayağı isə qəlpə yarası alıb.

Xəbər lenti