Logo

Bursa Uludağ Universitetində Novruz bayramı münasibətilə tədbir keçirilib - FOTO

29.03.2024 21:59 130 baxış
IMG

Türkiyənin Bursa şəhərində Novruz bayramı ilə bağlı tədbir keçirilib.

Bu barədə "Tehsil.biz"ə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Bursa Uludağ Universiteti Türk Devletleri ve Akraba Toplulukları Uygulama ve Araştırma Merkezi’nin (TÜDAM) təşkilatçılığı ilə baş tutan tədbirdə universitetin Azərbaycan Mədəniyyət və İncəsənət Birliyinin (BUÜAKST) tələbələri də iştirak edib.

Tələbələrin bayram xonçası başda olmaqla, Novruzu təmsil edən atribut və əşyalardan ibarət stendi iştirakçıların marağına səbəb olub. Proqramın rəsmi hissəsində azərbaycanlı tələbələr Bursa Uludağ Universitetinin rektoru Prof. Firudun Yılmaza Novruz xonçası hədiyyə edib, Azərbaycanda Novruzun necə qeyd edilməsi və təqdim etdikləri xonça haqqında məlumat veriblər.

Tədbir Türk Dünyasının bayraqları ilə yürüş və sonda tonqal üzərindən atlanmaq adəti ilə başa çatıb.

Xəbər lenti