Logo

Abşeron-Xızı Regional Təhsil İdarəsində TƏYİNAT

29.03.2024 23:16 110 baxış
IMG

Kərimova Xumarə Fizuli qızı Abşeron-Xızı Regional Təhsil İdarəsində İnzibati təşkilat sektorunun müdiri vəzifəsinə təyin edilib.

Tehsil.biz xəbər verir ki, bu barədə İdarə məlumat yayıb.

Qeyd olunub ki, Xumarə Kərimova 2017-ci ildə Bakı Dövlət Universitetinin fizika müəllimliyi ixtisası üzrə bakalavr səviyyəsini, 2019-cu ildə həmin universitetin “İstilik fizikası və molekulyar fizika” ixtisaslaşması üzrə magistr səviyyəsini fərqlənmə diplomu ilə bitirib. 

Əmək fəaliyyətinə dövlət qulluqçusu kimi başlayan X.Kərimova Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İnsan Resursları Şöbəsində təcrübə proqramı keçib. 

Xəbər lenti