Logo

Bişkekdəki Heydər Əliyev adına məktəbdə Azərbaycanın Ümummilli Liderinin xatirəsi yad edilib - FOTO

13.05.2024 23:40 181 baxış
IMG

Bişkekdəki 20 nömrəli məktəb-gimnaziyanın tədris-tərbiyə kompleksində adı bu məktəbə verilmiş dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsi yad edilib.

Tehsil.biz “Kabar” agentliyinə istinadən xəbər verir ki, tədbir çərçivəsində məktəb şagirdlərinin hazırladığı konsert proqramı təqdim olunub. Həmçinin Azərbaycanın görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.

Tədbirdə çıxış edən Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov məktəbin şagirdlərinə Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti barədə məlumat verib, iki ölkə arasındakı əməkdaşlıqdan danışıb.

Xəbər lenti