Logo

Məktəblilər üçün keçirilən “Qırmızı, Sarı, Yaşıl” adlı layihə yekunlaşıb

10.10.2024 11:07 282 baxış
IMG

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Uşaq Hüquqları haqqında Konvensiya”, Azərbaycan Respublikası Hökumətinin beşinci və altıncı birgə dövri məruzəsi üzrə Yekun Müşahidələrdən irəli gələrək uşaqların yolda təhlükəsizliyini təmin etmək, yol hərəkəti qaydaları istiqamətində maarifləndirilməsi məqsədilə Komitənin 11 Uşaq və Ailələrə Dəstək Mərkəzinin fəaliyyət göstərdiyi rayonlarda məktəblilərin iştirakı ilə keçirilən “Qırmızı, Sarı, Yaşıl” adlı layihə yekunlaşıb.

Komitədən Təhsil.biz -ə bildirilib ki, Uşaq və Ailələrə Dəstək Mərkəzləri və Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının iştirak etdiyi görüşlərdə məktəblilərə layihə barədə məlumat verilib. Tədbirlərdə çıxış edən ekspertlər bu qəbildən olan görüşlərin təşkilinin əhəmiyyətindən danışıb, uşaqların yol hərəkəti qaydalarını erkən yaşlardan mənimsəməsinin vacibliyini qeyd edib, bu sahədə təhsilverənlərlə yanaşı, valideynlərin də aktiv olmalarını tövsiyə ediblər. 

Tədbirlərdə məktəbliləri maraqlandıran suallar cavablandırılıb, iştirakçılara maarifləndirmə materialları paylanılıb, hədiyyələr təqdim edilib.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi və Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin birgə əməkdaşlığı ilə həyata keçirilən layihədən ümumilikdə 1100 nəfər bəhrələnib.

Xəbər lenti