Logo

Ucqar kənd məktəblərinin innovativ müəllimləri

18.10.2024 11:15 433 baxış
IMG

 

 

Həmin müəllimlərimizdən biri Fatimə Hüseynovadır. Hamı onu "Yumruca Kukla" layihəsindən tanıyır. "Youtube" platforması üzərindən hazırladığı kiçik verilişləri balacalar tərəfindən maraqla izlənilir. Onun 4 yaşlı "Yumruca"sı uşaqlarla birlikdə dünyanı öyrənir, müxtəlif mövzuları müzakirə edir.

Fatimə Hüseynova Ağsu rayonunun Ərəbmehdibəyli kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin “İbtidai sinif müəllimliyi” ixtisasını bitirib. 2017-ci ildən Ağsu rayon Sarvan kənd ümumi orta məktəbində çalışır.

“Yumruca Kukla" ideyası 2019-cu ildə COVID-19 pandemiyası zamanı ortaya çıxdı. Layihə qısa müddətdə diqqət çəkdi və bununla bağlı bir neçə televiziya kanalına müsahibə vermişəm. Layihə 3-5 yaşlı uşaqların verdiyi suallara cavab vermək, öyrənmək istədikləri məlumatları onlara çatdırmaq və ümumi dünyagörüşlərinin formalaşdırılması məqsədi daşıyır. “Yumruca Kukla” “Youtube” kanalımız maarifləndirici videolarla yanaşı, canlı görüşlərlə də azyaşlı dostlarımıza xidmət edir. 

Əsas məsələlər uşaqlara daha əlçatan olmaqdır. Çünki  bu ideya bir az da uşaqların xəyal dünyasıdır, yaradıcılıq bacarığıdır, onlar üçün danışan bir kukla görmək möcüzədir. Qarşıda duran məsələləri "Yumruca Kukla" üzərindən uşaqlara çatdırmaq istədiyimiz əsas maarifləndirici mesajlardır.

– "Yumruca Kukla"nı özünüz hazırlamısınız?
– Bəli, özüm hazırlamışam. Bununla yanaşı, digər əl kuklaları da hazırlayıram və müəllimlər üçün təlimlər təşkil edirəm.

– İşlədiyiniz illərdə hansı layihələrin iştirakçısı olmusunuz?
– 2021-ci ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə təhsil işçiləri arasında “Təhsilin ulduzu” müsabiqəsi keçirilirdi. Mən də gənc müəllim olaraq öz ideyamla müsabiqəyə qoşuldum, təhsil ekspertləri layihəmi bəyəndilər və müsabiqənin final mərhələsinə yüksəldim.

– Sosial platformada özünəməxsus dərs metodlarınızı izləyirik...  
– Təlim metodları müasir təlim üsullarına əsaslanır. Məqsədim uşaqların cəmiyyətdə sağlam düşüncəli fərd kimi yetişmələrinə, öyrənməyə və tədqiqatlara açıq olmalarına şərait yaratmaqdır. Bəli, özünəməxsus dərs metodlarım da var, bu metodları sosial platformada müəllimlərlə də bölüşürəm. 

Fasiltasiya prosesində əsasən Kukla ilə təlim prosesi qururam. Öyrəndiyini öyrətmə texnikası, yaradıcı tətbiqetmə və təlimin təşkili kimi interaktiv təlim metodlarından istifadə edirəm. Bundan başqa, öyrəndiyim, uğurla tətbiq etdiyim texnikaları müəllimlərlə, xüsusən yeni işə başlayan gənc həmkarlarımla bölüşməyi sevirəm və hər zaman dəstək oluram. 

“Oyun zamanı uşaqlar xoşbəxtdirlər. Xoşbəxt uşaqlar isə daha tez öyrənir”

İsmayıllı rayon Kürdmaşı kənd tam orta məktəbinin ibtidai sinif müəllimi Nuranə Bağırova da oyun əsaslı öyrətmə metodundan məharətlə istifadə edən müəllimlərimizdəndir.

Xəbər lenti