Noyabrın 18-də Bakıda COP29 çərçivəsində dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan “QS Quacquarelli Symonds” tərəfindən “QS Dünyanın ən yaxşı universitetlərinin reytinqi: dayanıqlılıq 2025”in rəsmi nəticələri elan edilib.
Bakı Dövlət Universiteti (BDU) böyük uğura imza ataraq “QS Dayanıqlılıq Reytinqi 2025” nəticələrinə görə Azərbaycanda lider mövqeyinə yüksəlib.
Bu barədə TƏHSİL.BİZ -ə BDU-dan məlumat verilib. Bildirilib ki, BDU ötən ilin nəticələri ilə müqayisədə “QS dayanıqlılıq reytinqi 2025” siyahısında 345-dən çox pillə irəliləyib və 941-950-ci diapazonda qərarlaşaraq, Azərbaycanda TOP-1000-ə daxil olan yeganə ali təhsil müəssisəsi olub. Sözügedən reytinq dünyada davamlı inkişaf sahəsi üzrə fəaliyyəti ilə seçilən ən yaxşı ali təhsil müəssisələrinin siyahısını müəyyən edir.