Logo

Qazaxıstanın Aktobe şəhərinin kitabxanasında “Azərbaycan ədəbiyyatı guşəsi” açılıb

19.11.2024 16:39 54 baxış
IMG

Qazaxıstanın Aktobe şəhərinin Mərkəzi Vilayət Kitabxanasında “Azərbaycan ədəbiyyatı guşəsi”nin açılış mərasimi keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyasından TƏHSİL.BİZ -ə bildirilib ki, sözügedən guşədə xalqımızın ictimai-siyasi xadimlərinin, tarixi şəxsiyyətlərinin həyat və yaradıcılığını, eləcə də ölkəmizin tarixini, mədəniyyətini, incəsənətini, ədəbiyyatını, tolerantlıq ənənələrini, bölgələrini, turizm potensialını əks etdirən kitablar, jurnallar müxtəlif nəşrlər sərgilənir və tədbir iştirakçıları üçün ətraflı məlumatlar təqdim olunur.

Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki baş konsulluğu guşənin yaradılmasında verilən xüsusi dəstəyə görə Aktobe vilayətinin qubernatoru-akimi Asxat Şaxarova, Azərbaycan Milli Elmlər Akademiyasına və AMEA Mərkəzi Elmi Kitabxanasına, eləcə də Aktobe Vilayət Kitabxanasının rəhbərliyinə, Azərbaycan icmasına minnətdarlığını bildirib.

Xəbər lenti