Müasir dövrdə təhsil sisteminin yenilənməsi, onun qlobal standartlara uyğunlaşdırılması və innovativ tədris metodlarının tətbiqi prioritet məsələlərdən biridir. Təhsil eksperti Kamran Əsədovun fikrincə, müasir təhsil standartlarının tətbiqi yalnız bilik vermək deyil, eyni zamanda tələbələrin yaradıcılıq, analitik düşüncə və praktiki bacarıqlarını inkişaf etdirmək məqsədini güdür.
Hazırda dünya ölkələrində təhsil sistemləri əsasən 21-ci əsr bacarıqları ətrafında formalaşır. Azərbaycanda da təhsil standartlarının modernləşdirilməsi istiqamətində müəyyən addımlar atılıb. Lakin problemlər hələ də qalmaqdadır. Məsələn, 2023-cü ildə aparılan bir araşdırmaya görə, Azərbaycan məktəblərinin yalnız 37%-i müasir tədris texnologiyaları ilə təchiz olunub, qalan hissəsi isə köhnəlmiş metodlar əsasında fəaliyyət göstərir.
Əsədov qeyd edir ki, müasir standartların tətbiqi üçün ilk növbədə müəllimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə ehtiyac var. Beynəlxalq təcrübə göstərir ki, uğurlu təhsil sistemlərində müəllim hazırlığına xüsusi diqqət yetirilir. Finlandiya təhsil sistemində müəllimlər magistratura səviyyəsində təhsil alır və praktiki təcrübə ilə dəstəklənir. Azərbaycanda isə bir çox müəllimlər hələ də ənənəvi metodlardan istifadə edir və bu da şagirdlərin yaradıcılıq və müstəqil öyrənmə bacarıqlarını məhdudlaşdırır.
İkinci vacib məsələ kurikulumun məzmunudur. Azərbaycan təhsil sistemində kurikulum islahatları 2008-ci ildən başlayaraq tətbiq edilməyə başlasa da, bu sahədə hələ də bir sıra problemlər mövcuddur. Əsasən nəzəri biliklərə fokuslanan proqramlar, praktiki bacarıqların inkişafına kifayət qədər diqqət yetirmir. Məsələn, PISA nəticələrinə görə, Azərbaycan şagirdlərinin analitik düşüncə bacarıqları beynəlxalq orta göstəricidən 23% aşağıdır.
Kamran Əsədov müasir standartların uğurlu tətbiqi üçün üç əsas istiqaməti vurğulayır:
Statistik göstəricilər göstərir ki, təhsil sistemində müasir standartların tətbiqi ölkənin iqtisadi inkişafına da müsbət təsir edir. Məsələn, Avropa ölkələrində müasir təhsil metodlarının tətbiqi nəticəsində əmək bazarına uyğun kadrların yetişdirilməsi 10 il ərzində iqtisadi artımı orta hesabla 7%-dən çox artırıb.
Kamran Əsədovun sözlərinə görə, Azərbaycan təhsil sistemində müasir standartların uğurlu tətbiqi üçün dövlət, müəllimlər, valideynlər və tələbələr arasında əməkdaşlıq vacibdir. Bu yanaşma yalnız təhsilin keyfiyyətini yüksəltməklə qalmır, həm də ölkənin gələcək iqtisadi və sosial rifahına böyük töhfə verir.
Kənan Nağıbəyli