Logo

Özbəkistan Universitetinin bir qrup əməkdaşı BDU-nun Filologiya fakültəsinin qonağı olub

16.04.2025 12:11 115 baxış
IMG

Özbəkistanın Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin Pedaqogika kafedrasının əməkdaşları Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının fəaliyyəti ilə tanış olublar.

BDU-dan TƏHSİL.BİZ-ə bildirilib ki, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin kafedra müdiri dosent Faroxat Mirzoyeva, professor Əzizə Muxsiyeva, professor Şairə Şadmanova, professor Muhayyo Baybayeva, professor Gülsənəm İbrahimova, dosent Malikə Umarova, dosent Hilalə Ruzmetova və dosent Firuzə Yoldaşeva öz elmi-pedaqoji fəaliyyətlərindən söz açıb, əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müdiri professor Mətanət Abdullayeva qonaqlara kafedranın tarixi, tədris və tədqiqat istiqamətləri, bakalavriat və magistratura səviyyələrində kadr hazırlığı haqqında geniş məlumat verib, təsəvvüf ədəbiyyatı ilə bağlı, xüsusilə Nizami Gəncəvi əsərlərinin metaforik dili, “Yeddi gözəl” poemasında altsüjetin açıqlanması, təriqət yolunun izahına dair fikir mübadiləsi aparıb.

Sonda qonaqlara kafedra əməkdaşlarının son illər nəşr etdirdikləri kitablar hədiyyə olunub.

Xəbər lenti