Logo

Nəsrəddin Tusi adına II fizika-riyaziyyat olimpiadasının final turu keçiriləcək

16.04.2025 12:43 166 baxış
IMG

Aprelin 19-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə dünyaşöhrətli alim, astronom, riyaziyyatçı, tarixçi, ilahiyyatçı, hüquqşünas və görkəmli dövlət xadimi Nəsrəddin Tusiyə həsr olunmuş V-IX sinif şagirdləri arasında fizika-riyaziyyat fənləri üzrə II fizika-riyaziyyat olimpiadasının final turu keçiriləcək. 

TƏHSİL.BİZ xəbər verir ki, Naxçıvan şəhəri 5 nömrəli tam orta məktəbdə təşkil olunacaq olimpiadada rayon-şəhər mərhələsində qalib olan 136 şagirdin iştirakı nəzərdə tutulur. 

Qeyd edək ki, final turunun qalibləri Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən fəxri fərman və qiymətli hədiyələrlə təltif olunacaq.

Olimpiadanın keçirilməsində əsas məqsəd istedadlı şagirdləri aşkar etmək, onların potensial imkanlarının inkişafını təmin etmək, beynəlxalq olimpiadalara namizəd şagirdləri müəyyənləşdirməkdən ibarətdir.

 


 

Xəbər lenti