Elm və təhsil naziri Emin Əmrullayevin 18 aprel 2025-ci il tarixində Sabirabad şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
TƏHSİL.BİZ xəbər verir ki, vətəndaş qəbulu aprelin 21-də keçiriləcək. Qəbulda Beyləqan, İmişli, Saatlı, Sabirabad və Xocavənd sakinlərinin iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, qəbulda yalnız müvafiq qaydada müraciət etmiş şəxslər iştirak edəcəklər.