Logo

Bu il ATU-nun bəzi fakültələrində Dövlət Buraxılış İmtahanları olmayacaq

16.04.2025 15:37 185 baxış
IMG

Bu il Azərbaycan Tibb Universitetinin (ATU) İctimai səhiyyə, Stomatologiya və Əczaçılıq fakültələri üzrə buraxılış sessiyasında Dövlət Buraxılış İmtahanları olmayacaq.
TƏHSİL.BİZ  xəbər verir ki, gələn ildən etibarən Müalicə-profilaktika fakültəsinin tələbələri də adıçəkilən imtahanları verməyəcəklər:

Bütün fakültələrdə yeni formatda buraxılış imtahanları keçiriləcək. Yəni tələbələr bilet çəkib, sual-cavabla imtahanlarını verəcəklər.

Nəzərdə tutulmuş 100 ballıq sistemin 50-si OSKİ, 50-si isə şifahi imtahanlar hesabına toplanacaq. Şifahi imtahan isə 2 mərhələdən –  nəzəri və praktik hissədən ibarət olacaq.

Xəbər lenti