Azərbaycan Tibb Universitetinin Elmi Şurasının qərarı və rektorun əmri ilə İmtahan Mərkəzi bir qurum kimi ləğv edilib. Bu səbəbdən də imtahan sistemində və imtahanların keçirilməsində bəzi dəyişikliklər olub.
TƏHSİL.BİZ xəbər verir ki, bundan sonra adıçəkilən qurum İnformasiya Texnologiyaları Departamentinin nəzdində bir şöbə kimi fəaliyyət göstərəcək. Şöbəyə Cəmilə Quliyeva rəhbərlik edir. İmtahanların koordinasiyası isə IT departamenti tərəfindən həyata keçiriləcək.