Logo

AzTU tələbələri beynəlxalq müsabiqədə 3-cü yerə layiq görülüb

16.04.2025 15:39 154 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) Maşınqayırma və robototexnika fakültəsinin 1-ci kurs tələbələri Anabacı Əmiraslanova və Orxan Salmanov beynəlxalq müsabiqədə qalib olublar. 

Bu barədə universitetdən TƏHSİL.BİZ -ə məlumat verilib. Bildirlib ki, tələbələr Almaniyanın nüfuzlu Constructor Universiteti və “Constructor Talent School”un təşkilatçılığı ilə keçirilən "Constructor Spring Challenge 2025" beynəlxalq riyaziyyat və proqramlaşdırma müsabiqəsində fərdi şəkildə iştirak edərək 3-cü yerə layiq görülüb və “Bürünc” (“Bronze”) sertifikatı ilə təltif olunublar.

Hər il Almaniyanın Constructor Universitetinin 14-18 yaş qrupları üçün təşkil etdiyi bu yarışma yüksək rəqabətli elm müsabiqəsidir.

Azərbaycan, ABŞ, Almaniya, Rusiya, Türkiyə, Danimarka və digər ölkələrin tələbələrinin iştirakı ilə keçirilən müsabiqədə tələbələrin intellektual bilikləri yoxlanılaraq müxtəlif problemlərə yaradıcı həll yolları axtarılır.

 

 

 

 


 

Xəbər lenti