Bakı Türk Anadolu Liseyinin şagirdləri Botanika İnstitutuna ekskursiya ediblər.
İnstitutdan TƏHSİL.BİZ -ə bildirilib ki, biologiya müəllimi Ayşe İlerinin koordinatoru olduğu “Etnobotanika layihəsi” çərçivəsində liseyin 10-cu sinif şagirdlərinə biologiya fənninə maraqlarının artırılması məqsədilə açıq dərs təşkil olunub. Məktəblilərə institutun mütəxəssisləri tərəfindən Azərbaycan florasına aid endem, nadir və dərman bitkilərinin, o cümlədən ibtidai bitkilərin təbii yayılma əraziləri, əhəmiyyəti, mühafizə problemləri barədə ətraflı məlumat verilib. Herbari Fondunda saxlanılan nüsxələr Botanika Muzeyində nümayiş olunan eksponatlar məktəblilərdə böyük maraq yaradıb.