Logo

ATU-da regionun ilk Kibertəhlükəsizlik Mərkəzi yaradılıb

17.04.2025 10:13 118 baxış
IMG

BP-nin dəstəyi ilə Azərbaycan Texnologiya Universitetində (ATU) regionun ilk Kibertəhlükəsizlik Mərkəzi istifadəyə verilib.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, mərkəzin açılışında ATU-nun rektoru Yaşar Ömərov, BP Azərbaycanın Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli və BP-nin tərəfdaş şirkətlərinin nümyəndələri iştirak edib. 

Lazımi kompyuter avadanlıqları və proqram təminatı ilə təchiz edilmiş, müasir standartlara cavab verən Kibertəhlükəsizlik #Mərkəzi 1 ixtisaslaşmış laboratoriya və heyət üçün 1 köməkçi otaqdan ibarət olmaqla Avtomatika və informasiya texnologiyaları kafedrasının nəzdində fəaliyyət göstərəcək. 

Layihənin əsas məqsədi kibertəhlükəsizlik üzrə xüsusi kurikulum əsasında təlimlər təşkil etmək və Gəncə regionunda fəaliyyət göstərən dövlət, özəl və vətəndaş cəmiyyəti nümayəndələrinin rəqəmsal savadlılıq səviyyəsini artırmaqdır. Mərkəzdə nəzəri və praktiki təlimlərlə yanaşı tədqiqat işləri də aparılacaq, mütəxəssislər və tələbələr real kiberhücum ssenariləri üzərində işləyərək peşəkar bacarıqlarını inkişaf etdirəcəklər.

 

 

 

 


 

Xəbər lenti