Logo

Naxçıvanda Azərbaycan Psixoloqlarının I Forumu keçiriləcək

17.04.2025 14:29 158 baxış
IMG

25-26 aprel 2025-ci il tarixlərində Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə Naxçıvan şəhərində Azərbaycan Psixoloqlarının I Forumu keçiriləcək.

TƏHSİL.BİZ  xəbər verir ki, forumun keçirilməsində əsas məqsəd Azərbaycan psixoloqlarını bir araya gətirməklə psixologiya səhəsində yenilikləri, aparılan tədqiqatlar üzrə nəticələri bölüşmək, mövcud problemlərin həlli istiqamətində yerli və beynəlxalq təcrübələr üzrə fikir mübadiləsi aparmaq və gələcək perspektivləri müəyyənləşdirməkdir.

Forum haqqında ətraflı məlumatla psixoforum.ndu.edu.az saytında tanış olmaq olar.

 


 

Xəbər lenti