Logo

BDU-da Moskva Dövlət Geodeziya və Kartoqrafiya Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib

18.04.2025 08:40 90 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) Moskva Dövlət Geodeziya və Kartoqrafiya Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov, beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov, Moskva Dövlət Geodeziya və Kartoqrafiya Universitetinin beynəlxalq əlaqələr üzrə rektor müşaviri Svetlana Şvedova və Korporativ layihələr şöbəsinin müdiri İlya İzakson iştirak ediblər.

Bu barədə TƏHSİL.BİZ -ə BDU-dan məlumat verilib.

Qonaqlara BDU-nun tarixi, fəaliyyət istiqamətləri, elm, tədris fəaliyyəti və beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verilib. Moskva Dövlət Geodeziya və Kartoqrafiya Universitetinin nümayəndələri də ali təhsil müəssisəsindəki fakültə və ixtisaslar haqqında danışıblar. Sonra iki universitet arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Xəbər lenti