Aprelin 17-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda taksi sürücüləri, avtomobil ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər üçün növbəti test imtahanı keçirilib.
DİM-dən TƏHSİL.BİZ-ə bildirilib ki, taksi sürücülərinin hazırlığının qiymətləndirilməsi imtahanında iştirak etmək üçün 1470 namizəd qeydiyyatdan keçib. Onlardan 1407-si imtahana gəlib. İmtahan nəticələrinə əsasən, 1210 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
Yük daşımalarını həyata keçirən sürücülərin hazırlığının qiymətləndirilməsi imtahanında 44 namizəd iştirak edib və 34 nəfər müvəffəqiyyət əldə edib.
Avtomobil ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin hazırlığının qiymətləndirilməsi imtahanında isə 33 namizəd iştirak edib və 24 nəfər müvəffəqiyyət qazanıb.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası aprelin 18-də və 21-də saat 14:00-dan 17:00-dək DİM-in elektron imtahanlar korpusunda fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50