Logo

BANM ilə Koç Universiteti arasında doktorantların hazırlanması istiqamətində müzakirə aparılıb

18.04.2025 11:05 88 baxış
IMG

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov İstanbulda keçirilən Avrasiya Ali Təhsil Sammiti və Sərgisində (EURIE 2025) iştirak edib. BANM-in rəhbəri səfər çərçivəsində Koç Universitetinin rektoru professor Metin Sitti ilə də görüşüb.

Ali məktəbdən TƏHSİL.BİZ -ə bildirilib ki, görüşdə doktorantların birgə hazırlanması istiqamətində müzakirə aparılıb. Həmçinin iki universitet arasında tədris və tədqiqat sahələrindəki əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə birgə fəaliyyətlərin həyata keçirilməsi barədə razılığa gəlinib.

Xəbər lenti