Logo

Təhsil işçiləri arasında şahmat turniri keçirilir

18.04.2025 12:34 123 baxış
IMG

Aprel ayından etibarən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar olaraq Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) şəhər və rayon komitələri tərəfindən təhsil işçiləri arasında şahmat turniri keçirilir. 

TƏHSİL.BİZ  xəbər verir ki, yarışların keçirilməsinin əsas məqsədi respublikanın ümumtəhsil məktəblərində çalışan təhsil işçiləri arasında intelektual idman növü olan şahmat oyununu təbliğ etmək, eyni zamanda, müəllimlərin asudə vaxtlarını mənalı və səmərəli təşkilindən ibarətdir.

Qeyd edək ki, şahmat turniri Bakının Yasamal, Səbail, Nərimanov və ölkənin digər şəhər və rayonlarında keçirilir.

 

 

 

 


 

Xəbər lenti