Logo

Gənc tədqiqatçılar müasir elmi nəşrlərin qaydaları barədə maarifləndirilib

18.04.2025 12:55 114 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Tədqiqatdan nəşrə: müasir elmi nəşrlərin qaydaları və rəqəmsal alətləri” mövzusunda maarifləndirici seminar keçirilib.

İnstitutdan TƏHSİL.BİZ -ə bildirilib ki, seminar gənc tədqiqatçıları beynəlxalq elmi nəşr standartları ilə tanış etmək, onlara elmi fəaliyyətdə geniş istifadə olunan rəqəmsal alətlər barədə məlumat vermək və elmi nüfuzlarını artırmaq üçün zəruri biliklərlə təmin etmək məqsədi daşıyıb.

Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dosenti tarix üzrə fəlsəfə doktoru Lalə Əliyeva seminar iştirakçılarına ORCID sisteminin əhəmiyyəti, “Scopus”, “Web of Science” və “Google Scholar” kimi beynəlxalq elmi bazalar haqqında məlumat verib. O, elmi məqalələrin beynəlxalq tələblərə uyğun hazırlanma prinsipləri və müasir rəqəmsal alətlərdən səmərəli istifadə yolları barədə təqdimat edib.

Seminarda institutun əməkdaşları, doktorantlar və gənc tədqiqatçılar fəal iştirak ediblər, mövzu ətrafında fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.

Xəbər lenti