Logo

ADNSU ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin əməkdaşlığı genişlənir

18.04.2025 14:15 115 baxış
IMG

Aprelin 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. 

TƏHSİL.BİZ  xəbər verir ki, görüşdə ADNSU-nun rektoru dosent Rüfət Əzizov qonaqlara universitetin tədris prosesi, ixtisaslar, laboratoriyalar, elmi-tədqiqat hədəfləri, həmçinin innovasiya və rəqəmsal inkişaf sahəsindəki təşəbbüsləri barədə məlumat verib. Rəqəmsal həllərin sənayenin müxtəlif sahələrinə tətbiqinin aktuallığını qeyd edən rektor, eyni zamanda, kibertəhlükəsizlik və texnoloji layihələrinin icrasının, bu istiqamətdə əməkdaşlığın faydalı olacağına əminliyini bildirib.

Səmimi qarşılanmaya görə təşəkkürünü bildirən İRİA İdarə Heyətinin sədri Fərid Osmanov ali təhsil müəssisələri, o cümlədən ADNSU ilə əməkdaşlığın önəmini qeyd edib. O, mövcud rəqəmsal inkişaf konsepsiyası çərçivəsində mövcud layihələrin icrasında, təhsil və digər infrastruktur sahələrində birgə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

Sonda qonaqlar ADNSU və UFAZ-ın laboratoriyaları, o cümlədən HPC və  Lazer Mərkəzi, Rəqəmsal energetika laboratoriyası və kompüter otaqları ilə tanış olaraq universitetin maddi-texniki bazasının yüksək olduğunu bildiriblər.

 

 

 

 


 

Xəbər lenti