Logo

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri başlayıb

18.04.2025 15:20 119 baxış
IMG

Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərslərinin keçirilməsinə başlanılıb. 

TƏHSİL.BİZ  xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.

Hazırlıq dərsləri Bakı Dövlət Universiteti və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin ekspertləri tərəfindən V Azərbaycan Astronomiya Olimpiadasının qalibləri üçün təşkil olunub.

4 ay davam edəcək proqramda nəzəriyyə ilə yanaşı praktiki dərslər də təşkil olunacaq və yekunda XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası üçün seçmə imtahanı keçiriləcək. Seçilən şagirdlərdən ibarət komanda ölkəmizi 11-21 avqust tarixlərində Hindistanda keçiriləcək olimpiadada təmsil edəcək.

Bildirilir ki, V Azərbaycan Astronomiya Olimpiadası və XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri Tusi-Bohm Planetariumun baş sponsorluğu ilə həyata keçirilir. Komandanın Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında iştirakı isə Təhsil İnstitutunun dəstəyilə baş tutur.

Xəbər lenti