“Clarivate” şirkətinin Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə tərəfdaşlığı çərçivəsində tədqiqatçılar üçün təşkil etdiyi Azərbaycan dilində vebinarlar davam edir.
TƏHSİL.BİZ xəbər verir ki, 25 aprel tarixində “Süni intellekt ilə daha səmərəli tədqiqat: “Web of Science” innovasiyaları necə dəstəkləyir?” mövzusunda vebinar baş tutacaq.
Vebinarda iştirakçılara “Web of Science Research Assistant” (WOSRA) süni intellekt alətinin ən son təkmilləşdirmələri də daxil olmaqla, bu süni intellekt alətinin cari imkanları haqqında məlumat veriləcək. Həmçinin “Clarivate” şirkətinin digər süni intellekt həllərinin tədris və tədqiqatda keyfiyyətin artırılmasına dəstəyi, resurslardan daha sürətli və faydalı istifadəsində önəmi, tədqiqatçılar və müəssisələr tərəfindən innovasiyaların sürətləndirilməsi, tədqiqatların nəticələrinin daha yaxşı ölçülməsi və nümayiş etdirilməsi kimi mövzulara toxunulacaq.
Vebinarda iştirak üçün aşağıda qeyd olunan keçidə daxil olaraq qeydiyyatdan keçmək mümkündür. Qeyd edək ki, vebinarda iştirak edənlər sertifikat ilə təmin ediləcəkdir.
Qeydiyyat linki: https://zoom.us/webinar/register/WN_r0gi5sBKT0OkXdGEOfqEkg
Tarix: 25 aprel, saat 15:00 - 16:30
Təlimçi: İltifat İbrahimov