Logo

BŞTİ-də yeni kadr təyinatları olub

18.04.2025 15:45 114 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) yeni təyinatlar həyata keçirilib.

TƏHSİL.BİZ xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynovanın əmrinə əsasən, Zinyət Əmirova BŞTİ-nin Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri, Kənan Hüseynov isə Təminat, təchizat və təsərrüfat sektorunun müdiri vəzifəsinə təyin edilib.

Bu təyinata qədər Z.Əmirova Dövlət İmtahan Mərkəzinin Səriştələrin və peşəkar potensialın qiymətləndirilməsi şöbəsinin Ümumi səriştələrin qiymətləndirilməsi sektorunda aparıcı və baş məsləhətçi vəzifələrində, Kənan Hüseynov isə MÜTDA-nın Maliyyə və təchizat şöbəsində böyük məsləhətçi vəzifəsində çalışıb

 

 

 

 


 

Xəbər lenti