Logo

Dubayda keçirilən beynəlxalq konfransda azərbaycanlı şərqşünasın məruzəsi dinlənilib

18.04.2025 16:08 128 baxış
IMG

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aybəniz Həsənova Beynəlxalq Elm və Sənət Tədqiqat Mərkəzinin (ISARC) Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirdiyi 10-cu Beynəlxalq Dubay Elmi Tədqiqatlar və İnnovasiya Konfransında iştirak edib.

İnstitutdan TƏHSİL.BİZ -ə  bildirilib ki, şərqşünas-alim konfransa onlayn qoşularaq “Gülüstan ostanının toponimləri” mövzusunda məruzə edib. İndiyədək Gülüstan ostanının toponimlərinin elmi şəkildə araşdırılmadığını deyən məruzəçi İranın şimal-şərqində yerləşən bu ostanın coğrafi mövqeyi, onunla həmsərhəd olan ostanlar barədə məlumat verib. Gülüstan ostanının əhalisinin 60 faizinin türkmənlər, Xorasan türkləri və azərbaycanlılar olduğunu bildirib. Ostanın Azadşəhr, Ağqala, Əliabad, Gümüşan və digər şəhərləri barədə məlumat verən A.Həsənova bu adların mənşəyinə diqqət çəkib.

 

Xəbər lenti