Logo

“İmtahanqabağı stres və onun idarə olunması” mövzusunda təlimlər keçirilib

19.04.2025 16:00 48 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin psixoloqları tərəfindən tam orta məktəblərdə “İmtahanqabağı stres və onun idarə olunması” mövzusunda silsilə təlimlər keçirilir. 
TƏHSİL.BİZ xəbər verir ki, təlimlər 9-cu sinif şagirdlərini əhatə edir.

Təlimin məqsədi imtahan zamanı yaranan həyəcan və stres səviyyəsini idarə etmək, emosional sabitliyi qorumağın yollarını aşılamaqdır.

Qeyd edək ki, təlim teoretik məlumatlandırılma və çətin vəziyyətdə idarə etməyə yönəlmiş praktik tapşırıqlar əsasında aparılır.

Əlavə olaraq həyəcanın yaranmasına təsir edən amillər haqqında geniş müzakirələr aparılır və psixoloqlar tərəfindən şagirdlərə ümumi tövsiyələr verilir.

 

 



 

Xəbər lenti