Logo

İdman Akademiyasının tələbələri Avropa çepionatında 3 medal qazanıblar

09.09.2025 15:22 90 baxış
IMG

 

Azərbaycan İdman Akademiyasının tələbələri gənclər arasında keçirilən cüdo üzrə Avropa çempionatında böyük uğurlar qazanıblar.

TƏHSİL.BİZ xəbər verir ki, Slovakiyanın paytaxtı Bratislava şəhərində təşkil olunan yarışda akademiyanın “Məşqçilik” ixtisasının tələbəsi Məhəmməd Musayev 66 kiloqram çəki dərəcəsində fransalı Aleksis Renarı məğlub edərək qızıl medal əldə edib.

Digər uğurumuzu isə “Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi” ixtisasının tələbəsi Nihad Məmişov qazanıb. O, 60 kiloqram çəki dərəcəsində çıxış edərək italiyalı rəqibi – Françesko Sampinonu üstələyib və Avropa çempionatının qalibi olub.

Akademiyanın “Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi” ixtisasının tələbəsi Nizami İmranov da qitə birinciliyində uğurlu çıxış göstərib. Gənc cüdoçu 66 kiloqram çəki dərəcəsində israilli Şalev Koheni məğlub edərək bürünc medal qazanıb.

Beləliklə, Azərbaycan İdman Akademiyasının tələbələri Slovakiyada keçirilən gənclər arasında Avropa çempionatında iki qızıl və bir bürünc medal əldə edərək ölkəmizin idman nüfuzuna mühüm töhfə veriblər.

Xəbər lenti