Logo

ADPU və filiallarına ən yüksək balla qəbul olan 7 tələbəyə THİK-in xüsusi təqaüdü verilib

24.11.2025 11:26 36 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetinə (ADPU) ən yüksək balla qəbul olan tələbələrə Tələbə Həmkarlar İttifaqı Komitəsinin (ADPU THİK) birdəfəlik xüsusi təqaüdləri təqdim edilib.

Universitetdən TƏHSİL.BİZ-ə bildirilib ki, təqdimat mərasimində hər bir filiala ən yüksək nəticə ilə qəbul olmuş 7 tələbə iştirak edib.

Qeyd edək ki, 2025/2026-cı tədris ilindən etibarən ADPU THİK tərəfindən hər il bakalavriat səviyyəsi üzrə ixtisas seçimində birinci yerdə ADPU-nu seçməklə ən yüksək nəticə ilə qəbul olan tələbəyə 400 AZN, ADPU-nun filialları və magistratura səviyyəsinə ən yüksək balla qəbul olan tələbəyə isə 500 AZN məbləğində birdəfəlik xüsusi təqaüd verilir.

Görüşdə tələbələr gələcək planları, təhsil istiqamətləri və hədəfləri barədə fikirlərini bölüşüb, müəllimliyin onlar üçün cəmiyyətə fayda vermək missiyası olduğunu vurğulayıblar.

Sonda tələbələrə müvafiq təqaüdlər və sertifikatlar təqdim olunub.

Xəbər lenti