Logo

"Kənd məktəblərində təhsilalanların məsafədən təhsilə əlçatanlığının təmin olunması"

03.11.2021 08:46 889 baxış
IMG

Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinin qalibi olmuş  "Kənd məktəblərində təhsil alanların məsafədən təhsilə əlçatanlığının təmin olunması" layihəsinin icrası uğurla davam etdiilir.

15.09.2021 tarixində "Kənd məktəblərində təhsilalanların məsafədən təhsilə əlçatanlığının təmin olunması" layihəsinin açılış tədbiri keçirildi.

Toplantı MS Teams platforması üzərindən onlayn qaydada keçirildi.

Təbirdə layihə rəhbəri Maya Əhmədova, RTŞ müdiri Ramella xanım, məktəbin direktoru M.Əliyev, müəllim, valideynlər və şagirdlər, layihənin eksperti, təlimçisi iştirak etdilər. Layihə rəhbəri Maya Əhmədova layihənin məqsədi, görüləcək işlərdən, layihənin əhəmiyyətindən, davamlılığından danışdı: 

-Ölkəmizdə mart ayından başlamış karantindən sonra ilk təhsil müəsisələri bağlandı. Distant təhsilə keçid alsaq da, bəzi şagirdlər buna uyğunlaşa bilmədilər. Azərbaycanda 4450-yədək orta məktəbdə 1,5 milyona yaxın şagird təhsil alır. Ölkədə ünvanlı sosial yardım alan ailələr aztəminatlı ailə hesab olunur. Hazırda belə ailələrin sayı 80 min civarında, onların tərkibində uşaqların sayı isə 150 min ətrafındadır. Əhalinin 50 faizinin yaşadığı kəndlərdə xeyli sayda təhsil alanlar təhsil prosesinin iştirakçısı olmaqdan məhrumdurlar. Əsas problemlər vətəndaşların xeyli hissəsinin evində stasionar telefon olmadığına görə bahalı mobil internetdən istifadə etməyə məcbur qalması, bir çox hallarda evlərdə internetə qoşulmağa imkan verən müvafiq mobil cihazın olmaması, bir neçə övladı dərsə qoşulmalı olan valideynlərin bunu çatdıra bilməməsi və sairlə bağlıdır. Xüsusilə kənd məktəblərində təhsil alan şagirdlərin 55-60% -i onlayn dərslərə qoşulmaq üçün internetə çıxışı olan cihaz və internet problemindən dolayı əziyyət çəkir.  Bir ailədə iki və daha çox təhsil alan varsa, ağıllı telefon, kompyuter və s. internetə çıxışı olan cihaz qıtlığı şagirdlərin onlayn dərsə qoşulmağına, eləcə də summativ qiymətləndirmə imtahanlarında iştirakına mane olur. Digər tərəfdən, cihaz və internet problemini həll edə bilən ailədə xüsusilə soyuq aylarda bir otaqda bir neçə təhsilalanın eyni anda dərsə qoşulması çətinlik yaradır. 

Yuxarıda qeyd etdiyim səbəblərdən ucqar kənd məktəblərində təhsilalanların pandemiya qaydalarına əməl olunaraq distant dərslərdə iştirakını təmin etmək üçün təchizatla təmin olunmuş mərkəzin yaradılmasına ehtiyac var. Pandemiya dövrü bitdikdən sonra isə şagirdlərin elektron resurslardan istifadəsi üçün təhsil mərkəzinə ehtiyacı olacaq.

Layihənin əsas məqsədi pandemiyanın sanitar-gigiyena normaları nəzərə alınmaqla məsafədən təhsilə qoşula bilməyən kənd məktəblərində təhsilalanlar üçün distant təhsilin əlçatanlılığını təmin etməkdir. 
Tədbirdə Rayon Təhsil Şöbəsinin müdiri Ramella xanım çıxış edərək bildirdi ki, bu layihələr təhsilin inkişafına və modernləşməsinə xidmət edən layihələrdir, bu səbəbdən müəllimlərinizin Qrant layihədə iştirak edib qalib olması bizi sevindirir. Hər zaman yaxşı müəllim kimi, rəhbər işçi kimi fəaliyyət göstərmisiniz, inanıram ki layihəni uğurla həyatə keçirəcəksiniz".

Məktəbin direktoru M.Əliyev çıxış edərək layihə qalib olması münasibəti ilə layihə rəhbərini və təhsil alanlarımızı təbrik etdi, kənd məktəblərində distan təhsilin əlçatan olması üçün bu layihəyə ehtiyac vardı. Layihənin həyata keçirilməsində və davamlı olmasında məktəbdə lazımı şərait yaradılacağını bildirdi.

Sonra çıxış üçün müəllim valideyn və şagirdlərə söz verildi. 

Qeyd edək ki, layihədə iştirak edəcək şagirdlərin seçilməsi, lazım olan avadanlıqların (planşetlər, qulaqcıqlar, elektrik uzadıcıları) alınması işləri artıq yekunlaşıb, təlimlər icra planına uyğun olaraq davam etdirilir. 

Layihə rəhbəri, Füzuli rayon R.Əkbərov adına Kürdmahmudlu kənd tam orta məktəbin direktor müavini, Qabaqcıl Təhsil İşçisi, Maya Əhmədova

Xəbər lenti