Logo

Elm və təhsilimizin müstəqillik problemləri

15.02.2022 11:22 740 baxış
IMG

Elm və təhsil sahəsində ölkəmizdə son 30 ildə xeyli problemlər  yaranmşdır.

Bu problemləri  formalaşdırmaq, sistemləşdirmək, təhlil etmək üçün ölkə Prezidentinin  yanında xüsusi Dövlət Komissiyası yaradılmalı, vəziyyət təhlil edilməli, böhrandan çıxış yolları təklif edilməlidir.

Təəssüf ki, müstəqillik illərində təhsildə və akademik elmimizdə yığılan problemlər  uzun müddət görməməzliyə vurulmuş,  alimlərimiz, təhsil tədqiqatçılarımız, AMEA-nın RH və TN  vəziyyətə reaksiya verməmiş, problemə kompleks, sistemli baxış və təhlil verməmiş, problemlərin mövcudluğunu uzun müddət etiraf etməmişlər. Hər 2 sahədə strateji inkişaf  problemləri,  maliyyələşmə problemləri, vəsaitlərin təyinatı üzrə  düzgün  xərclənməsi,  kadr siyasətində səhvlər  v. s. kimi problemlər mövcuddur.  Tarixi baxımdan elm və təhsilimiz üçün böhranlı mərhələ  son 10 ildə, xüsusən son 2-3 ildə meydana çıxmışdır. İnanıram ki, alimlərinin sağlam hissəsi toparlanaraq, elm və təhsil sektorunun  bataqlıqdan çıxış yollarını tapacaqlar.

Azərbaycanın bir dövlət kimi  gələcək  inkişafı, milli təklükəsizliyi məhz bu məsələlərin  operativ həllindən asılıdır.  Qalib dövlət, qalib xalq  kimi bütün sahələrdə harmonik inkişaf etməliyik.   
Bu problemlərin bir qisminə 1 il əvvəl dərc edilən aşağıdakı məqalədə toxunmuşduq. Təəssüf ki, aidiyyatı qurumlar bu təkliflərə heç bir reaksiya vermədilər.

Dosent İlham Əhmədov

Xəbər lenti