Logo

DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub

08.07.2022 15:58 301 baxış
IMG

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Akademiyasında növbəti məzun buraxılışı olub.

Tehsil.biz xəbər verir ki, iyulun 8-də Akademiyada təntənəli tədbir keçirilib. Tədbirdə DTX-nin rəisi general-polkovnik Əli Nağıyev, Xidmətin rəhbər əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları, Akademiyanın professor-müəllim heyəti, məzunlar və onların valideynləri iştirak ediblər.

Ə.Nağıyev məzunları təbrik edib. O vurğulayıb ki, Akademiyada təhsil alan kursantlar mövcud imkanlardan maksimum səviyyədə istifadə edərək öz üzərilərində durmadan çalışmalı, qazandıqları bilik və vərdişləri mütəmadi artırmalı, seçdikləri peşənin sirlərinə dərindən yiyələnməli, gələcək fəaliyyətlərində xalqa və dövlətə sədaqətlə xidmət etməlidirlər.

Qeyd edilib ki, DTX-də fəaliyyətə başlayan gənc əməkdaşlar dövlətçiliyimizin və müstəqilliyimizin keşiyində hər zaman sərvaxt durmalı, vəzifə borclarını vicdanla və layiqli şəkildə yerinə yetirməli, Ali Baş Komandan İlham Əliyevin təhlükəsizlik orqanlarının qarşısında qoyduğu tapşırıqların icrası yönümündə əzmlə çalışmalıdırlar.

Xəbər lenti